Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub

Abşeron rayonunun Güzdək qəsəbəsində şəhid Turabov Rüstəm Fərman oğlunun (22.09.1998 – 21.10.2020) xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova deyib ki, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.

Şəhid Rüstəm Turabovun abidə-bulaq kompleksinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayan başçıs bildirib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. “Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verilib, xalqımızın torpaq həsrətinə son qoyulub”.

Sonra millət vəkili Şəhin Seyidzadə, şəhidin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.

Bildirilib ki, Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq Şəmkir rayonu Hərbi Hava Qüvvələrində xidməti başa vurmuşdur. 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərə qatılan şəhid Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərib. 2020-ci ilin oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabovun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra şəhid Rüstəm Turabovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Daha sonra İ.Gülməmmədova şəhidin anası Kəmalə Turabova və atası Fərman Turabovla görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub

Son xəbərlər

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

Bütün xəbərlər