Bələdiyyə sədri Təmraz Tağıyevin də öz konstitusiyası var? - NARAZILIQ!

dogruxeber.tv: - Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixə qovuşacağına sayılı günlər qalır. Artıq özünüidarəetmə funksiyasını daşıyan bələdiyyələrin ölkənin idarəetmə sistemində heç bir rolunun olmadığını, müvafiq yerli icra hakimiyyətinin “JEK” səviyyəsində xırda bir əlavəsi olduğunu uşaqdan böyüyə anlamayan qalmayıb. Yəqin elə buna görə “JEK”in funksiyalarını birdəfəlik bələdiyyəyə verilməsi qanunverici orqanın müvafiq komitəsinin iclasında müzakirə mövzusuna çevrilib. Bununla bələdiyyənin nüfuzunu təmin etmək olarmı? Çətin. Fikrimizcə,şəhər, rayon icra hakimiyyətinin bütöv funksiyasını bələdiyyəyə vermək yolu ilə nəyəsə nail olmaq olar. Yoxsa, elə bələdiyyənin özünüidarəetmə “örkəni” icra hakimiyyətinin zorakı “doğanağı”ndan keçməyə məcbur olacaq.

Hazırda bələdiyyə və icra hakimiyyəti deyiləndə birgə torpaq alverindən özgə nəsə yada düşmür. Burada mexanizm sadədir :icra başçısı bazar qiymətinə uyğun olaraq torpaq sahəsini satır və bələdiyyəyə 3-5 manat qarşılığında sənədləşmə işlərin görməyi tapşırır. Adı da olur ki, filan bələdiyyə mülkiyyətində olan torpaqlara dair sərəncam imzalayıb bələdiyyə ərazisində yaşayan şəxsə fərdi yaşayış evinin tikintisi və ya sahibkarlıq məqsədilə torpaq ayırdı! ..Gerçəkdə isə. …

“Torpaq islahatı haqqında” 16.07.1996 tarixli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli, “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991 tarixli qanunların tələbinə görə, Qarabağ əlillərinə, ehtiyata buraxılan hərbi quluqçularaseçdikləri yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmalı və hətta faizsiz kredit verilməsi təmin edilməklə savaş əlillərinin, hərbi qulluqçuların fərdi evlə təminatı gerçəkləşməlidir. Qanunun tələbinə əməl etməyən müvafiq icra başçısına qarşı iddia qaldırılması da qanunda əks olunub. Nə yazıq, elə icra başçılarının özləri Qarabağ əlillərinə, hərbi qulluqçulara qarşı özbaşınalığa başçılıq edirlər. On nəfərdən çox ailə üzvü olan 1-ci dərəcəli Qarabağ əlili hərbi qulluqçu 10 ildir metronun “Gənclik” stansiyasının yanındakı N.B.Yusifbəyli küçəsinin sonu, F. X. Xoyski -1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və ya sahibkarlıq amacı ilə istifadəsinə verilməsinə nail ola bilmir. BŞİH, ƏMDK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin sahənin bələdiyyə mülkiyyətində olduğunu rəsmi məktublarla bildirib və Nərimanov bələdiyyəsinə göndərsələr də, bələdiyyə sədri Təmraz Tağıyev bildirib ki , ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisinin rəyinə görə, həmin sahə dövlət torpaqlarına aiddir. Yəni, bələdiyyə sədri hansısamütəxəssis ilə qeyri-prosessual münasibətə girərək torpaq sahəsinin bələdiyyəyə aid olmadığına dair saxta rəy alıb! (?) Halbuki, elə həmin ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Xudaverdi Kərimov möhürlü -ştamplı bir neçə məktubla sözügedən torpaq sahəsinin Nərimanov bələdiyyəsinin mülkiyyətində olduğunu bildirib. Eyni zamanda, ölkənin 1-ci vitse-prezidentindən, Nazirlər Kabinetindən , Milli Məclisdən həmin torpaq sahəsinin Qarabağ əlilinin istifadəsinə verilməsinin təmin edilməsi haqqında tapşırıqları BŞİH-ə və Nərimanov RİH -ə, oradan da Nərimanov bələdiyyəsinə ünvanlansa da, Nərimanov bələdiyyəsinin sədri qəti şəkildə torpaq yiyəsi olmadığını vurğulamaqda davam edir. İndi Qarabağ əlili çaşıb qalıb : torpaq dövlətindirsə niyə dövlət qurumları bələdiyyəyə torpağı ayırmağı tapşırırlar və bələdiyyənindirsə, niyə bələdiyyə torpağın yiyəsi olmadığını bildirir? 10 ildir sürən “örkən-doğanaq oyunu” haçağbaşa çatacaq? //sozcu.az//

Oxunub: 630

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər