gundem / hadise
29.05.2021
Azərbaycanda şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı
Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.
dogruxeber.tv-ın APA-ya istinadən məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.
Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


