Sahibkarlığın İnkişafı Fondu KİMƏ İŞLƏYİR? - İDDİA

dogruxeber.tv: - Son zamanlar sahibkarlar tərəfindən saytımıza ünvanlanan şikayətlər arasında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti Sədrinin müavini Vəliəhmədov Arif Cavanşir oğlunun adı daha çox hallanmağa başlamışdır.
​Şikayətlərdə ortaq cəhət ondan ibarətdir ki, “A. Vəliəhmədov 10 ildən çoxdur ki Sahibkarlığın İnkişafı Fondunda işləyir. Bütün sahibkarlara məlumdur ki, həmin qurumun SKMF adlandırıldığı dövrdə alınan kreditlərin 15% həcmində rüşvət alaraq kreditləşmə həyata keçirilirdi. Bunun nəticəsidir ki, hazırda fond tərəfindən verilmiş 500 milyon manata yaxın vəsait problemli borc olaraq dövlətin üzərində qalmışdır və əksəriyyəti də hazırda bağlanmış Standart Bankdadır. Bu cinayətkar sxemin yaradıcısının isə Arif Vəliəhmədov olduğu yenə də hamıya bəlli olan faktdır. Hazırda Arif Vəliəhmədovun vəzifəsi artırılaraq İdarə Heyəti Sədrinin müavini olsa da köhnə mexanizm onun yaxın adamı olan və öz yerinə İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsinin müdiri təyin etdiyi Nazim Ələmdar oğlu Qarayevin əli ilə çalışmaqda davam edir. Süründürməçilik, əsassız imtinalar, nəyinsə müqabilində dövlət vəsaitinin sağa-sola paylanması və bu kimi hallar yenə də qeyd olunan şəxslərin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Qanuni fəaliyyətlə məşğul olub real işlər görən sahibkarlar əsassız süni maneələrlə rastlaşır, aylarla haqq etdikləri maliyyələşməni ala bilmirlər.
​Araşdırma aparmaq istəyənlərə elə bir o fakt yetərlidir ki, Şəkidə camışçılıq təsərrüfatının inkişafına ayrılmış külli miqdarda vəsait hazırda problemli borc olaraq qalmaqdadır. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, həmin o təsərrüfat ümumiyyətlə olmayıb və olması planlaşdırılmayıb, yəni olmayan layihə Arif Vəliəhmədov tərəfindən maliyyələşdirilib. Belə faktları saymaqla bitirmək olmaz və ayrı-ayrı faktlar barədə daha ətraflı növbəti yazılarımızda məlumat veriləcək.
Yazılanlara münasibətdə sual olaraq yenə də qalmaqdadır ki, bütün dövlət orqanları, xüsusi ilə də sahibkarlarla işləyən qurumlar şəffaf işləmək istiqamətində böyük addımlar atdığı bir dövrdə belə həssas sahəyə rəhbərlik edən şəxslərdən biri olan Arif Vəliəhmədov nəyə və kimə arxalanaraq dövlət başçısının dediklərinin və etdiklərinin əksinə hərəkət edir.
Hörmətli İqtisadiyyat nazirimizin diqqətini bu istiqamətə yönəltməklə bu sahədəki qüsurları araşdırmağı və özbaşınalıqları aradan qaldırmağı bir daha xahiş edirik. //gundelik-baku.com//

Son xəbərlər

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Bütün xəbərlər