Abel Məhərrəmov ustalara 811 min manat ödəməlidir-MƏHKƏMƏ

İyunun 9-da Bakının Yasamal rayon Məhkəməsi hakim Vidadi Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin sabiq rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmova qarşı iddianı təmin edib.

Yenixeber.org: İddiaya əsasən sabiq rektor 811 min manat vəsait ödəməli olacaq.

İddiaçıların sözlərinə görə, görülən işlərə Bakı Dövlət Universitetinin sabiq prorektoru Nəbi Ramazanlı rəhbərlik edib.

Yasamal Rayon Məhkəməsində İsmixan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi müəyyən edilib.

İddiaya görə, Bakı şəhəri, Süleyman Dadaşov küçəsində 4 mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən pilləkənlərin, mansardın quraşdırılması, şəbəkələrin hazırlanması və quraşıdırılması, istilik sistemi və digər işlər üçün 90300 manat ödməlidir. Rektor özünə məxsus olan “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də əmək haqqı kimi hesablanan 70000 manatdan cəmi 25 min manat ödəyib.

Abel Məhərrəmov həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kvadrat metr olan kitab mebeli, mətbəx mebeli üçün də ödəniş etməyib.

Sabiq rektor Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların hazırlanmasına görə yalnız 15000 manat ödənilib. Qalan 65000 manat ödənilməyib.

Akademik ustalara Nabranda da iş gördürüb, pulunu verməyib.

Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 manat olan qapıların quraşdırılması, 4000 kvadrat metr sahədə ümumi dəyəri 160000 manat olan üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20000 manat, barların yığılması üzrə ümumi dəyəri 15000 manat olan işlərin icrasına görə ödəməli olduğu 210000 manat əvəzinə cəmi 24000 manat verib. Rektor bu günə kimi 186000 manat borcunu ödəməyib.

Ümumilikdə Məhərrəmova qarşı bir neçə epizod üzrə 811 min manat pul iddiası irəli sürülüb. İyunun 8-də məhkəmə iddianı təmin edib.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər