gundem / siyaset
17.06.2021
Hərbçilərimiz təlimlər üçün Türkiyəyə yollandı
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin, aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
dogruxeber.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin iki ədəd MiQ-29 qırıcı və iki ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.//demokrat.az



