gundem / hadise
19.06.2021
Mingəçevirdə keçmiş məhkumdan narkotik və silah götürüldü
dogruxeber.tv: - Mingəçevirdə narkotik vasitə ilə saxlanılan keçmiş məhkumun avtomat və patronlar da gizlətdiyi məlum olub.
Mingəçevir polisinin daxil olmuş məlumatı əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov saxlanılıb.
Şəxsin üzərinə baxış zamanı marixuana və 2 ədəd avtomat patronu aşkar edilib. Davam etdirilən tədbirlərlə V.Hüseynovun şəhər ərazisində “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da gizlətdiyi məlum olub.
Odlu silah və patronları polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.//teleqraf.com


