“Biz sağlam həyat tərzini seçirik” mövzusunda xüsusi karantin qaydalarına riayət edilərək tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul 1344 nömrəli imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2019-2024-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 200 nömrəli Məktəb-Lisey Kompleksində “Biz sağlam həyat tərzini seçirik” mövzusunda xüsusi karantin qaydalarına riayət edərək tədbir keçirilmişdir. Məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Mahmudova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Milli QHT formunun Prezidenti və Dövlət Komissiyasının Daimi Fəaliyyət göstərən İşçi Qrupunun üzvü Rafiq Zeyni, 16-cı Polis bölməsinin Polis mayoru – Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor Rəşad İsmayılov, DTX-nin Nərimanov Rayon İdarəsinin əməkdaşı Həsən Salahov, Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqu Pərvin Abbasova, 8 saylı şəhər poliklinikasının nevropatoloqu Jalə Cəlilova və 200 nömrəli Məktəb-Lisey Kompleksinin 10 ç sinif şagirdi Nilgün Məmmədova çıxış etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH-in müavini İradə Mahmudova narkomaniyanın bütün dünyanı narahat edən problemlərdən biri olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühit yaratdığını məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyini, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasına, ailələrin dağılmasına səbəb olduğu barədə məlumat verdi.

Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə zərəli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirməsinin əhəmiyyətindən danışmışlar. Tədbir boyunca narkomanlığın ağır fəsadlarından, onun insan sağlamlığına, eləcə də bütünlükdə cəmiyyətimizə vurduğu mənfi təsirlərdən bəhs edildi. Diqqətə çatdırdılar ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həmdə cəmiyyətin inkişafına mənfi təsir göstərir və cinayətkarlığa zəmin yaradır. Tədbirin sonunda tədbir iştirakçılarına “Narkomaniya-intihardır”, “Həyata-hə, narkotiklərə-yox deyirik”, “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Biz narkotiklərə yox deyib həyatı seçirik”, “Biz sağlam həyat tərzini seçirik”, “Həyat və narkomaniya: yaşamaq yoxsa ölüm”, “Narkotiklərsiz gələcəyə doğru” və digər mövzularda narkomaniyanın fəsadlarını əks etdirən xüsusi bukletlər paylanmışdır.

“Biz sağlam həyat tərzini seçirik” mövzusunda xüsusi karantin qaydalarına riayət edilərək tədbir keçirilib

Son xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Bütün xəbərlər