«Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib” - GİLEY


dogruxeber.tv: - Klinik Tibbi Mərkəz («Semaşko») ötən həftədən koronaviruslu xəstələrin qəbulunu dayandırıb. Xəstəxanada müalicə alan koronavirusa yoluxmuş xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.

Bu barədə klinikada çalışan həkimlər məlumat veriblər. Bildirilib ki, xəstəxana sığorta sisteminə keçir, şöbələrdə hazırlıq işlərinə başlanılıb.

«Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib. İndi də sığorta sisteminin tətbiqi ilə bağlı gərginlik yaşanır. Xəstəxanada çalışan həkimlərin əksəriyyəti özəl klinikalarla əməkdaşlığa başlayıb», - adının çəkilməsini istəməyən cərrahlardan biri deyib.

Onun sözlərinə görə, xəstəsi olmayan, yəni limiti doldura bilməyən həkimlərlə əməkdaşlığa son qoyulacağı ilə bağlı xəbərdarlıq edilib, yaxın aylarda ixtisarlar gözlənilir.

“Həkimlərin özləri də ilk iki-üç aylıq maaşdan sonra dövlət xəstəxanasında qalıb-qalmayacağını bilmirlər. Artıq klinikanın təcrübəli, tanınmış 3 həkimi özəl xəstəxanalarda iş təklifini qəbul edib”, - mənbə deyib.

Başqa bir həkim isə deyib ki, illərdir Azərbaycanda sığorta tətbiq olunur, ancaq hələ də təcrübə formalaşmayıb, narazılıqlar çoxdur:

“Bəzi rayonlarda əməliyyatda görə sığorta ödənişlərinin aylarla gecikdirilməsi halları var. Buna görə də həkimlər məcburiyyət qarşısında iki, hətta üç klinika ilə əməkdaşlıq edirlər. Aralarında səhər saat 8-dən axşam 8-dək çalışanlar var. Belə halda həkimdən hansı keyfiyyət istənilə bilər? 500 manat maaş alan həkimdən keyfiyyətli xidmət tələb edilməsi ən azı ədalətizlikdir. Kurslara qatılmağa, dünya tibbində baş verən yenilikləri öyrənməyə vaxt qalmır».

Həkim iddia edib ki, yaxın 1-2 ilə dövlət xəstəxanalarında tibbi kadr çatışmazlığı yaşanacaq:

“Artıq narazılıqlar başlanılıb, qeyri-müəyyənlik tibb işçilərini gərginlik içərisində saxlayır”.

TƏBİB-dən deyiblər ki, həkimlərin iradlarına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavab verə bilər. Agentlikdən isə həkimlərin söylədiklərini şərh etmək istəməyiblər.//oxu.az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər