gundem / hadise
29.06.2021
Xadimə qadın FACİƏLİ şəkildə öldü
Lənkəranda qadını cərəyan vurub.
dogruxeber.tv APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Zərifə Əliyeva küçəsindəki binalardan birinin həyətində baş verib.
1600 kv-lıq yarımstansiyanın içərisinə daxil olan 55 yaşlı Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub. Qadın elə oradaca keçinib.
K.Quliyevanın xadimə kimi fəaliyyət göstərdiyi, DOST Mərkəzinin vasitəsilə sosial işçi olaraq çalışdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.



