"Bilmirəm, bu xidmət də pulludur ya yox” - GİLEY

dogruxeber.tv: -Azərbaycanda tez-tez xəstəxanalardan şikayətçilərlə qarşılaşmaq mümkündür. Onlardan biri - Astara rayonun Ərçivan qəsəbə sakini Vaqif Məmmədov qeyd edir ki, “əmək haqqımdan tibbi sığortaya 12 manat pul çıxırlar”.

"Bu nə deməkdir?”

Onun iddiasına görə, əvəzində xəstəxanda xidmətlər də pulludur:

"UZİ-dən ("UZİ" adlandırılan ultrasəs müayinəsidir – USM) keçmək istəyirəm, deyirlər pulludur.Analiz vermək istəyirəm deyirlər ki, pul ödə. Əmək haqqımdan həm tibbi sığortaya pul çıxırlar, həm də xəstəxana tibbi xidmət üçün pul alır.Bu nə deməkdir?”

Vaqif Məmmədov deyir ki, gözündə yaranan problemlə bağlı xəstəxanaya müraciət etmək istəyir:

"Bilmirəm, bu xidmət də pulludur ya yox.”

Bu ildən Azərbaycanda tam olaraq İcbari Tibbi Sigorta sisteminə keçilib. Şərtlər kateqoriyalar üzrə müxtəlifdir. Adının çəkilməsini istəməyən və dövlət qulluğunda işləyən bu rayonun başqa bir sakini də vurğulayır ki, onların da əməkhaqqından tibbi sığortaya pul tuturlar:

"Bizdə 4 faiz tuturlar. 2 faizini əmək haqqımızdan tuturlar, 2 faizini də dövlət ödəyir. Bu, xəstəxanada edilən bəzi xidmətlərə aid deyil.”

"Ancaq məndən indiyə kimi... ”

Astara şəhər sakini Zabir Ağayev də şəkər xəstəsi olduğunu deyir:

"Eşitmişəm, xəstəxana pullu xidmət göstərir. Ancaq məndən indiyə kimi tibbi xidmətə görə pul ödənməsini tələb edən olmayıb. Şəkər dərmanları gecikdirilir, amma verirlər”.

Adının çəkilməsini istəməyən başqa bir Astara rayon sakini isə bildirir ki, xəstəliyi ilə bağlı həkimə tez – tez müraciət etməli olur:

"Dərman çox yazırlar, özü də firmanın bahalı dərmanlarını. Elə adamlar var ki, xəstəxanaya da pul ödəyir. Mən ödəməmişəm. Həkimin yanına gedirəm, problemimi danışıram, dərman yazır, gedirəm. Keyfiyyət elə həmin keyfiyyətdir. Qapılar açılısın, müalicə üçün İrana getmək fikrim var (Koronavirusla bağlı ötən ildən Azərbaycanla İran arasında gediş–gəliş məhdudlaşdırılıb) .”

"Bu nə puldur?”

Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən biri isə deyir ki, yeni sistemə keçsələr də maaşları aşağıdır:

"Elə həkim var ki, 300 manat alır.Bu nə puldur? Həkim olmayan təcili yardımın ən aşağı işçisi 450 manat alır.”

Baş həkimdən cavab...

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə deyir ki, bütün xidmətlər heç də pullu deyil:

"Amma pullu xidmət var.Məsələn sağlamlıq və sürücülük üçün verilən arayışlar pulludur. Sağlamlıq haqqında arayiş 15 manat, sürücülük üçün isə 30 manatdır. Vətəndaş gəlib deyir ki, USM-dən keçmək istəyirəm. Sadəcə özünü yoxlamaq istəyir.O buna görə pul ödəyir. Astara rayonun 100 mindən çox əhalisi var. Hər kəs gəlib, elə-belə, USM-dən keçsə hansı vəziyyət yaranar?”

Baş həkim daha sonra da əlavə edib:

"Müalicə həkimi göndəriş verir, xəstəyə məsləhət görürsə ki, USM-dən keçsin, onun üçün pul ödənilmir. Vətəndaş öz təşəbbüsü ilə analiz vermək istəyir, USM-dən keçmək istəyir, bu ödənişlidir.Tutaq ki, vətəndaş qaraciyərindən xəstədir. Analizlər olunmalıdır ki,həkim müalicə yazsın. Həmin xəstə bütün yoxlamalardan keçir və pul ödəmir.”

Baş həkim sonda qeyd edib ki, ölkədə işləyənlər də, işləməyənlər də sığortalanıb :

"Həkimin yanına nə qədər xəstə gəlirsə onun üçün bonus yazılır. Bizdə rayon balacadır. Amma respublikada elə şəhərlər var ki,orda həkim yüksək məbləğdə pul alır. Biz bu sistemə yeni keçmişik. Təkmilləşmə gedir.Həkimlərin vahid tarif cədvəli üzrə maaşı və sığorta əlavəsi var. Təcilli yardımda əməkhaqqında ona görə böyük fərq var ki, orada iş ağırdır. Ağır xəstələr ora gəlir, daşınmalar var. Nazirlər Kabinetin qərarıdır. Orada bütün xidmətlər pulsuzdur.”

Xatırlatma

Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 22 il əvvəl qəbul edilib. Ancaq yalnız bu ildən bütün ölkədə tətbiq edilməyə başlanıb.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. O bir də bundan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilməyə başlanmışdı.

İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği və dərəcələri “Tibbi sığorta haqqında” qanuna əsasən müəyyən olunub. Dövlət, neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2, bundan yuxarı hissindən isə 0,5 faiz icbari tibbi sığorta haqqı tutulmalıdır. Qeyri-dövlət, qeyri-neft sektorunda çalışanlarda bu uygun olaraq 1, və 0,5 faiz təşkil edir.

Bunlardan başqa vergi ödəyicisi kimi vergi uçotuna alınan fiziki şəxslər isə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bir sıra kateqoriyadan olan vətəndaşların icbari tibbi sığortası tam olaraq dövlət hesabına təmin ediləcək. Bunlar 18 yaşadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, hamilə qadınlar və digərləridir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər