Ermənistanın dövlət kimi varlığı Zəngəzurdan keçir - AŞKAR SƏBƏBLƏR


dogruxeber.tv: - Azərbaycanın qələbəsiylə tamamlanan müharibədən sonra ən çox hallanan, müzakirə və polemika predmetinə çevrilən məsələ diversantların qaytarılması və sərhədlərin müəyyənləşdirilməsidir.

Bütün problemlərin həllinə sığorta olan digər mühüm mövzu isə Zəngəzur dəhlizinin açılmasıdır.

Koridorun açılması Ermənistanın blokada ilə vidası, iqtisadi pluslar, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqələrinin cümhuriyyət dövründən (1918-1920) bu yana yenidən bərpasıdır.

Qarabağ müharibəsinin Zəngəzur planı

Zəngəzur dəhlizi 44 günlük savaş başlayan andan Azərbaycan siyasi rəhbərliyinin nəzərində var. Koridorun açılmasına nail olmaq Ankaranın da Bakıya dəstəyini şərtləndirən amillərdən idi, çünki Zəngəzur bütün türk dünyasına açılacaq cığırdır. Vətən müharibəsində sezilən digər reallıq odur ki, Azərbaycan ordusu Murov zirvələri vasitəsilə Kəlbəcərə nəzarətə yiyələndikdən, Füzulidən Laçına qədər, ardınca Hadrut və Şuşanı azad etdikdən sonra Ermənistanı çıxışsız labirintə sala bilərdi.

Onsuz da mühasirədə olan separatçıları tamamilə məhv etmək üçün Laçın koridorunu tutmaq gözlə görəcək qədər aydın və asanıydı. Lakin belə olan halda bir dəhlizə görə digəri əldən çıxa bilərdi. Bakı isə üçtərəfli bəyanata Zəngəzur koridoru kimi şərtləri daxil etməklə ikisinə də nail oldu.

Növbəti savaş Ermənistan ərazisində ola bilər...

Bu müharibənin olmaması üçün İrəvandan tələb olunan altına qol çəkdikləri sənədin şərtlərinə əməl etməkdir. Müddəalar arasında ən prioriteti isə Zəngəzur koridorunun açılmasıdır. Paşinyan hökuməti dəhlizin açılmasından narahatdır. Çünki onların sülhməramlılarla saziş şərtləri Azərbaycandan fərqlidir. Məsələn Bakı Laçın koridorunu rus sülhməramlılarının nəzarətinə 5 illik veribsə, Ermənistan Zəngəzurda missiyanın kontroluna müddətsiz olaraq imza atıb. Yəni, Azərbaycan tərəfinin sülhməramlılardan imtinası olmasa, ruslar Zəngəzur təhlükəsizliyinə istədikləri qədər nəzarət edəcəklər.

Hətta Makron Fransasının dəstəyilə Ermənistan Rusiyaya Zəngəzurda "veto" qoysa, bu da növbəti müharibənin Ermənistan ərazisində baş verməsini asanlaşdıracaq. Yetər ki, Nikolu cəzalandırmaq üçün Kreml Ermənistanı KTMT-dən çıxarsın, Gümrüdəki hərbi bazalarının fəaliyyətini dayandırsın və ermənilərin sərhəd cavabdehliyini yığışdırsın. Əlbət, Zəngəzur dəhlizinə nəzarət Rusiya üçün də "iqtisadi cek-pot" olduğundan Kreml bu koridoru Paşinyanın loto xanalarına dəyişməz.

Ermənilər hər şeylərini itirməklə üz-üzədir.

Hazırda Makron-Paşinyan mehribanlığı fonunda Ermənistanda ciddi panika mövcuddur. Çünki ermənilər anlayırlar ki, "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır". Belə qonşularından biri olan Rusiyanı Nikolun qərbyönümlü planları qane etmir. Bu isə Moskvanın siyasi perspektivlərini daha çox Bakı ilə qoşalaşdırmasına gətirən səbəblərdəndir.

İrəvana əl tutan digər yaxın qonşuları İran da ermənilərin əllərindən çıxmaq üzrədir. Yoxsa Ermənistan parlamenti hay-həşir salmazdı. Belə ki, İranın yeni prezidenti İbrahim Rəisinin Azərbaycanın lideri İlham Əliyevi torpaqların azad olunması ilə bağlı təbrik etməsi erməniləri qorxuya salıb.

"Çiçəklənən Ermənistan" partiyası bunu Tehrandan İrəvana dəyən şillə kimi səciyyələndirib. Arman Abovyanla yanaşı Koçaryan da sözügedən Paşinyanın yarıtmaz siyasətilə əlaqələndirib.

Yəni, regiondakı qlobal layihələrin iştirakçısı olmaq üçün Türkiyə, Rusiya və İranın səyləri varkən Ermənistanın Zəngəzurdan gözqaçırtmaları mənasızdır. Nəticədə görünən odur ki, hər şey Zəngəzurda dirəndiyi üçün İrəvan da "tupik"ə dirənir.

Ermənilər Zəngəzur koridoruna mane olmaq istəsələr, yeni tapınaqları olan Eyfel qülləsinə səsləri də gedib çatmayacaq. "Dəmir yumruq" bu dəfə Ermənistanı silkələyəcək.//Bizim.Media

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər