"Bəs mən dərmanlarımı necə alım?" - Nazirdən SORUŞURLAR...


dogruxeber.tv: - Ötən ilin sonlarından aprel ayına kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Yüzlərlə əlilliyi olan şəxs isə pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalı olub və həmin şəxslər əlillik təyinatı olana qədər pensiya almaq hüququndan məhrum olurlar.
Aylardır bu məsələ üzərində iş getməsinə baxmayaraq, hələ də yenidən əlillik təyinatı verilməyən, təyinat verilənə qədər pensiya ala bilməyən vətəndaşlar arasında narazı olanlar var.

Redaksiyamıza Gəncə şəhər sakini Hüseynova Lətifə Ağəli qızı tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, xanım ümumi xəstəliyə görə, 12 il müddətində əlillik pensiyası alıb, lakin indi əlillik dərəcəsi ala bilmir.

“Ümumi xəstə kimi, yəni, revmatoid artrit, polo artrit, oynağın funksiyasının pozulması, ostexondroz, belimdə 10 mm-lik yırtıq, bütün böyük və kiçik oynaqların deformasiyası və s. kimi xəstəliklərdən əziyyət çəkdiyim üçün illərdir dövlət tərəfindən pensiya alırdım. Mənim xəstəliklərim artıq xronikiləşdiyi üçün müalicənin heç bir xeyri yoxdur. Lakin mənə əlillik təyinatından imtina gəlib. Mən ağrıkəsicilərlə yaşayıram. Dərmanların, ağrıkəsicilərin qiymətləri isə çox bahadır.

Rayona Bakıdan həkim gəlmişdi. Qəbulunda oldum və mənə bildirdi ki, yalnız oynaqlarıma kök hüceyrə köçürməklə düzələ bilərəm. Belimə, boynuma, çiynimə, ayaqlarıma, hamısına kök hüceyrə köçürmək lazımdır. Onun isə qiyməti çox bahadır. Təkcə ayağa 3 min manata başa gəlir. Mən isə o pulu ödəyə biləcək maddi durumda deyiləm. Evdə işləyən, maaş alan yoxdur. Yoldaşımın 70 yaşı var. Onun aldığı pensiya ilə çətinliklə dolanırıq. İndi də pensiyamı ləğv ediblər. Bəs mən dərmanlarımı necə alım? Hara müraciət edirəmsə, xeyri yoxdur. Artıq üç aydır ki, əsəblərim də xarab olub. Biz dərdimizi kimə deyək? Bizim axırımız necə olacaq?”, – deyə məktubda bildirilir.

Qeyd edək ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra əlillik pensiyaları kütləvi şəkildə ləğv edilməyə başlayıb. Vətəndaşların sorğuları da kütləvi qaydada cavabsız buraxılır.//dia.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər