“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir


dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, Avstraliyanın Tazmanya və Viktoria ştatlarında “AstraZeneca” peyvəndinin ilk dozasını vurduran daha iki nəfərin qan laxtalanması səbəbilə öldüyü açıqlanıb.

Ölkənin dərman vasitələri sahəsini tənzimləyən təşkilatı TGA tərəfindən verilən məlumata görə, “AstraZeneca” peyvəndinin ilk dozasını vurduran Tazmanya ştatında 44 yaşındakı bir kişi və Viktoria ştatında 48 yaşındakı bir qadın qan laxtalanması səbəbilə ölüb.

Avstraliyada peyvəndləmənin başlamasından bəri tətbiq olunan 6,1 milyon doza “AstraZeneca” peyvəndinə bağlı olduğu qeyd edilən qan laxtalanmasından ölənlərin sayı artıq 6-ya yüksəlib. Ümumiyyətlə, bu peyvəndin öldürməsi ilə bağlı indiyədək çox fikir səsləndirilib.

Bir çox ölkələr hətta ingilis-İsveç birliyi vasitəsilə yaranan vaksinin qan laxtalanması yaratdığını açıqlayaraq, ondan istifadədən imtina ediblər. Hətta ad dəyişimi də kömək etməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndi istifadə üçün təsdiqləyib.

Maraqlıdır ki, ölüm hallarının bu peyvəndlə əlaqələnməsinin səbəbi nədir? Həqiqətən də mi,”AstraZeneca” öldürür?

Məsələ ilə bağlı infeksionist Azər Nağıyev bildirib ki, bu sadəcə ölkələrin səsləndirdiyi fərziyyədən başqa bir şey deyil:

“Hər bir ölkədə yeniliklər olanda ona qarşı tənqidi fikirlər, şou xarakterli söz-söhbətlər olur. Lakin bir şəxsin fikri əsas götürülə bilməz. Heç bir elmi sübutu yoxdur ki, “AstraZeneca”nın ölüm faizi o birilərdən çoxdur. Bu, sadəcə bir fərziyyədir. Bu fərziyyə də bütün peyvənlərə qarşı səsləndirilib”.

ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diqanostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib ki, bütün peyvəndlər haqqında belə fikirlər mövcud olub, amma bunun heç bir elmi əsası yoxdur:

“Şəxsin peyvənd olunduqdan sonra ölməsinin birbaşa peyvəndlə əlaqəsi yoxdur. Mən peyvəndin öldürməsi ilə bağlı yayılan informasiyalara inanmıram. Çünki bu, elmi şəkildə əsaslandırılmalı, ortaya arqumentlər qoyulmalıdır. Meyidin üzərində analizlər aparılmalı, toxumalardan analizlər götürülməlidir. Belə şaiyə xarakterli fikirlər çoxdur.

Əvvəlcə “SinoVac”, sonra “Pfizer”, sonra “Sputnik V”, sonra AztraZeneca”ya qarşı belə fikirlər səslənidirildi. Hətta bu, artıq “AstraZeneca”ya qarşı səsləndirilən iddiaların ikinci partiyasıdır. Bunlar əsasını tapmayacaq şeylərdir. Burada biznes maraqları da ola bilər”.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov isə deyib ki, peyvəndlərdən ölüm halları mümkündür, çünki hər kəsin orqanizmi fərqlidir:

“Ümumiyyətlə peyvəndlər kütləvi şəkildə istifadə olunduğu zaman ölümlər ola bilir. Avropa ölkələrində mətbuat və qeyri- hökumət təşkilatları bu kimi məsələlərə ciddi nəzarət etdiyinə görə ölüm halları ciddi araşdırılır və nəticə ortaya qoyulur. Çin kimi ölkələrdə belə məlumatlar açıqlanmır.

Çünki orada bu məsələlərə jurnalisti yaxın buraxmırlar, mediada yayılmasının qarşısı alınır. ABŞ 1 ay öncə belə bir statistik məlumat açıqlamışdı ki, indiyə qədər peyvənd edilən əhalidən 400 nəfəri vaksindən ölüb. Onlar həm də açıqlayıblar ki, bu şəxslərin əksəriyyəti ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslər olub.

Yəni belə hallar bütün vaksinlərdə olur. Heç bir vaksində ölüm halından sığortalanma olmur. Lakin bu da normaya uyğun olmalıdır. Məsələn, Amerikada 300 milyon insana vaksin vurulur və bunun da 400 nəfəri ölürsə, bu, pis statistika deyil. 400 nəfərə görə o qədər insanı təhlükədə qoya bilməzsən axı. Yəni tibbdə belə hallar olur.

Bəzi dərmanların da üzərində yazılır ki, bu preparatdan istifadə etdikdə müəyyən xəstəliklər inkişaf edir. Bu, kimin bəxtinə düşsə, orada nə həkimin, nə də bir başqasının günahı var. Çünki hər şəxsin orqanizmi bir cürdür deyə ölüm halları ola bilir. Amma çox insana bu kimi peyvəndlər, dərmanlar müsbət təsir etdiyi üçün onların verilməsi məqbul hesab edilir. Bu, bütün dünyada belədir”.//cebhe.info

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər