gundem / hadise
6.08.2021
Azərbaycanda qadın ərinə əsəbləşdi - Qayınatasını yandırdı
dogruxeber.tv: - Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.
Dia.az Oxu.Az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.
Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”.


