ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM

dogruxeber.tv: - Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-da saxta dekan seçkisi” və “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i” başlıqlı məqalələr dərc etmişdik. Redaksiyamıza ADAU-nun dosenti Fariz Ələkbərov tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə, Gəncə Şəhər Prokuroru Azad Qarayevə ünvanlanmış yeni müraciət daxil olmuşdur. Aktualxeber.az olaraq həmin müraciəti olduğu kimi veririk:
“Hörmətli cənab Prezident, hörmətli Məleykə xanım, hörmətli Azad müəllim! Məlumunuz edirəm ki,Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Musa Bayramov, onun qudası həmin universitetin dosenti Namiq Hüseynov və ADAU-nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayev Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərbə vurmaqla məşğuldur. Əvvəllər bu şəxslər Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı ilə məşğul olurdular. İndi isə bu şəxslər müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməklə məşğuldur. Əgər abituriyentlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov, Namiq Hüseynov və Telman Musayev öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Onlar deyir ki, imtahanda cavab kartında heç bir dairəni qaralamayın, ağ salın, bizim DİM-də adamımız var, verdiyiniz pul Məleykə xanıma çatır, narahat olmayın həll ediləcək. Qısa desək DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olur. Daha bir faktı qeyd edək. Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir sakini Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və abituriyenti ora qəbul etdirməyi vəd etmişdir. Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq.Hörmətli cənab Prezident, hörmətli Məleykə xanım, hörmətli Azad müəllim, ADAU əməkdaşlarının bu cinayət əməllərinin qarşısını almağı Sizdən xahiş edirik”.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//

Oxunub: 630

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər