gundem / sosial / bolge
13.08.2021
Quba sakinində marixuana aşkarlandı
dogruxeber.tv: - Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon Alekseyevka kənd sakini Rəşid Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərinə baxış zamanı bükümlərdə marixuana aşkar edilərək götürülmüşdür. Tədbirlərin davamı olaraq saxlanılan şəxsin evində də narkotik vasitə olan marixuana aşkar edilib.
Faktla bağlı istintaq aparılır.



