gundem / siyaset / dunya
18.08.2021, 17:59
Paşinyan Qırğızıstana gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstana səfər edəcək.
dogruxeber.tv “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Məlumata əsasən, səfər avqustun 19-dan 20-nə qədər davam edəcək.
Qeyd olunur ki, Paşinyan səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək və Qırğızıstan Prezidenti Sadır Japarovla görüşəcək.


