"Zeynal Nağdəliyevin fəaliyyəti Prezidentin əleyhinə yönəlib"

DogruXebər.az : - "Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Xoşbulaq kəndinin zibilxanaya çevrilməsini əks etdirən fotoları yaydım. Aldığım məktublar insanı dəhşətə gətirir. Azərbaycanın cənnət guşələrindən biri, əvvəllər istirahət zonası kimi tanınan bir kənd həqiqətən zibilxanaya dönüb. Əvvəllər tək Daşkəsən, Gəncə yox, Rusiyada yaşayan insanlarımız da yayı Xoşbulaqda keçirərdilər, kənd camaatı yayın gəlməsini gözləyərdi ki, istirahətə gələnlərin hesabına özlərinin ehtiyaclarını təmin etsinlər. İndi isə həmin sahə ölü bir zonaya çevrilib.
araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
"Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevi və onun bacarığını bütün ölkə bildiyindən onun üzərində dayanmaq istəmirəm. Ancaq belə təsadüfi bir adamın fəaliyyətinə nəzarət edən, yönləndirən Prezident Administrasiyasının şöbəsi və onun Zeynal Nağdəliyev adlı bir müdiri var. Bu adam həm də Prezidentin köməkçisidir. Ancaq onun bugünkü fəaliyyəti, təkcə Daşkəsən rayonunda baş verənləri götürsək, birbaşa Azərbaycan Respublukası Prezidentinin əleyhinə yönəlib. Gəncə və ətraf rayonların necə mürəkkəb olduğunu və tarixdə baş verənləri nəzərdən keçirsək, bu gün Daşkəsəndə baş verənlər ancaq insanları ölkə rəhbərliyindən narazı salmağa yönəlib. Məktublardan onu da öyrəndim ki, əvvəllər Daşkəsən rayonunda zibil atılan sahə olub. Bir neçə il bundan əvvəl “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti həmin sahəni də öz mülkiyyətinə çevirdiyindən indi rayonda zibil atmağa yer yoxdur. Bütün dünyada qızıl istehsal edib milyonlar qazananlar həmin ərazilər üçün xeyriyyəçilik edib, insanlar üçün nə isə yaradırlar. Ancaq Azərbaycanda qızıl çıxardıb həmin rayonu da zibilxanaya çevirirlər. Zeynal Nağdəliyev uşağın atada, yaxud anada qalması məsələsi ilə məşğul olmasa Daşkəsən rayonuna da vaxt tapar" - A.İsmayılov qeyd edib.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər