gundem / hadise
26.08.2021
Xocavənd rayon prokurorunun köməkçisi vəfat edib
DogruXebər.az : - Xocavənd rayon prokurorunun köməkçisi Novruzov Vəli İsa oğlu dünyasını dəyişib.
Unikal.org-un verdiyi məlumata görə, 1968-cü il təvəllüdlü Novruzov Vəli İsa oğlu dünən axşam qəfildən ürək tutmasından vəfat edib.
Mərhum Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin


