Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?

dogruxeber.tv: - Azərbaycan hakimiyyəti Covid-19-la mübarizəyə indiyədək 1 milyard manata yaxın vəsait ayırıb. Baş nazir Əli Əsədovun sözlərinə inansaq, hökumətin təkcə ötən il bu sahəyə xərclədiyi pul 644 milyon manatı keçib. 2021-ci ilin dövlət büdcəsində isə koronavirusla mübarizəyə daha 261 milyon manat ayırılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanda koronavirusa yoluxanların və bu bəladan ölənlərin sayı günü-gündən artır. Əvəzində isə bu işlərə rəhbərlik edən bir qeyri-hökumət təşkilatının – TƏBİB-in sədri Ramin Bayramlının yeni villasının şəkilləri, videoları sosial şəbəkələri bəzəyir.

Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də xəstələrlə birbaşa təmasda olan həkim və tibb bacılarına əlavə ödənişlərin verilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iddiasına görə, dövrün vəbası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb, 3029 nəfər qeyri-tibb işçisinə təkcə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə maaşlar ödənilib: Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat. O da bildirilir ki, “tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq maaşının 3 misli məbləğində əlavə ödənişlər verilir.

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?


Ovqat.com-a şikayət edən tibb işçiləri isə onlara hər hansı əlavə ödəniş almadıqlarına deyirlər.

23 saylı poliklinikanın tibb bacıları əlavə ödənişlərin onlara yox, xəstələrin siyahısını tutan operatorlara verildiyini iddia edirlər. “Halbuki xəstələrlə hər gün təmasda olanlar bizlər və həkimlərdir. Həyatımızı təhlükəyə ataraq, insanlara şəfa verməyə çalışırıq. İçərimizdə bu xəstəliyə tutulanların da sayı az deyil. Hətta həkimlərimizdən biri koronavirusla mübarizədə dünyasını dəyişib. TƏBİB isə həyatını riskə atan bizlərə yox, poliklinikanın operatorlarına hər gün demək olar ki, 40-50 manat əlavə ödəniş verir”.

Qaynağımızın bildirdiyinə görə, bu barədə şikayətlərini TƏBİB-dən tutmuş Səhiyyət Nazirliyinə Baş nazirə və s. dövlət qurumlarına göndəriblər. Di gəl ki, onların haqlı iradlarına məhəl qoyan yoxdur.

Şikayətçilərin fikrincə, bu hal təkcə 23 saylı poliklinikada müşahidə olunmur. Ölkənin digər tibb ocaqlarında da vəziyyət eynidir.

Poliklinikanın həkimlərindən biri (müəyyən səbəblərdən adını çəkmək istəmirik) öz facebook səhifəsində həmkarlarının haqqını müdafiə edən status paylaşıb. Statusda deyilir:

“Vaksinasiya zamanı birbaşa vaksinatorlara deyil , kompüterdə işləyən operatorlara TƏBİB tərəfindən pul vəsaitlərinin ayrılması başadüşülən deyil. Çünki , potensial xəstələrlə vaksinatorlar daha yaxın kontakta olurlar. Əlavə pul vəsaiti verilməlidirsə , onlara verilməlidir”.

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?


Digər qaynaqlardan aldığımız məlumatına görə, TƏBİB-in əsas “qazancı” dövlət tibb müəssisələrində yox, öz evlərində müalicə alan xəstələrdir. İddiaya inansaq, dövlət hər xəstə üçün müalicə paketi ayırır, stasionar (evlərində) müalicə alanlar da qanunən dərmanlarla təmin olunmalıdır. TƏBİB isə bu tələbi sadəcə sənədlər üzərində yerinə yetirir, xəstələrə göstərilməyən xidmətin haqqı təşkilat rəhbərliyinin cibinə gedir.

Tibb işçilərinin şikayətlərini qulaq ardına vuran TƏBİB-i isə hazırda öz sədri Ramin Bayramlının villa qalmaqalı maraqlandırır. Bir müddət əvvəl mediada böyük əks-səda doğuran villa ilə bağlı ictimai birlik təkzib açıqlaması verərək bildirmişdi:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılmış, daha sonra media işçiləri bu faktı araşdırmaq üçün əraziyə getmişdilər. Onların qarşısını kəsən bir adam jurnalistlərə qarşı kobud rəftar etmiş, hətta onların video-aparatını qırmağa cəhd göstərmişdi. Ardınca da tikilən villanın Ramin Bayramlıya yox, özünə aid olduğunu bildirən bu adam arı saxladığını, villanı da satdlğı balın hesabına tikdiyini bildirmişdi. Hətta özünü təqdim etdməkdən də çəkinməmişdi – Razim Bayramlı.



Medianın araşdırmaları nəticəsində aydın olmuşdu ki, özünü ingilis xuliqan kimi aparmaqdan çəkinməyən bu adam əslində Ramin Bayramlının dos-doğma qardaşıdır. Arxasında o boyda qardaşı olan yerdə, kimdən çəkinməli idi ki?

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər