gundem / siyaset / hadise
3.09.2021
Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb
DogruXebər.az : - Gəncədə döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü T. Məmişova həyat yoldaşı 1992-ci il təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.
Qadın döyülməsi nəticəsində ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.


