"Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY

dogruxeber.tv: - "“DünyaGöz" klinikasında göz əməliyyatı keçirdikdən sonra görmə qabiliyyətim zəifləməyə başlayıb”.
Bunu Bizimyol.info-ya Gülçöhrə Bəşirova şikayəti zamanı səsləndirib. Onun sözlərinə görə, sol gözündə uşaqlıqdan yaranmış çəpliyi aradan qaldırmaq üçün 2020-ci il dekabr ayının 12-də sözügedən xəstəxanada Türkiyədən gəlmiş cərrah Halit Özhisar tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra günlərlə, həftələrlə, aylarla çəpliyin aradan qalxmasını gözləsə də, müsbət nəticə olmayıb və əksinə, gözlərinin görmə qabiliyyəti zamanla zəifləməyə başlayıb.

Gülçöhrə Bəşirova 2021-ci ilin yanvar ayının sonunda müayinədən keçmək üçün klinikaya getdiyi zaman ona bildirilib ki, həmin həkim Türkiyədədir və mart ayında başqa bir professor gələcək.

“Məni onun qəbuluna yazdılar. Mart ayının 10-da professorun müayinəsində oldum və professor daha üç ay da gözləməli olduğumu bildirdi. Üzərindən 6 ay keçməsinə rəğmən, gözümdəki çəplik hələ də düzəlməyib, görmə qabiliyyətim də zəifləməkdədir. Klinika isə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır və hər dəfə hansısa professorun müayinəsinə yönəltməklə prosesi uzadır”.

Şikayətçinin sözlərinə görə, bu günə qədər "DünyaGöz" klinikasında müayinələrə ümumilikdə 250 AZN, anesteziyaya 250 AZN, əməliyyata 3980 AZN pul ödəyib.

“Klinika isə təklif edir ki, başqa bir həkimə yönləndirib yenidən əməliyyat etsinlər. Mən hansı inamla bu klinikanın növbəti həkiminə arxayın olub ikinci dəfə əməliyyat olunum? Buradan görünür ki, "DünyaGöz" klinikası pasiyentlərini əşya yerinə qoyur. Mən artıq onlara güvənmədiyimi, ikinci dəfə onlara etibar edib gözümə bıçaq vurulmasını istəmədiyimi dedikdə isə, utanmadan, güya, ödədiyim vəsaiti geri qaytarmaq üçün bəhanə etdiyimi deyirlər”.

Məsələ ilə bağlı "DünyaGöz" klinikası ilə əlaqə yaratmağa çalışdıq. Xəstəxanadan bildirdilər ki, hazırda rəhbərlik yerində olmadığı üçün məlumat verə bilmirlər.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Bütün xəbərlər