Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var

dogruxeber.tv: - İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ölkənin aparıcı tikinti şirkətlərindən olan “Evrostroy-S.S” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası hakim Raqib Qurbanovun sədrliyilə keçiriləcək.
Dövlət Vergi Xidmətinin “Evrostroy-S.S” MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırıldığı açıqlanmayıb. Lakin, ehtimal etmək olar ki, məhkəmə iddiası şirkətin vergi borcu ilə bağlıdır.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 6 milyon 189 min 708 manat 52 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, bugünə kimi mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. “Evrostroy-S.S” MMC-nin adı Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin arasında da yer alıb.

Qeyd edək ki, əvvəlki adı “Evrostoy – S.S” MMC olan indi ki, “Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını acı bağırsaq kimi uzadır. Şirkət kirayələrə köçürdüyü sakinlərə verdiyi vədi tutmur və onların yeni evlərlə təmin edilməsi yubanır.

Sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Ümumiyyətlə, “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Belə çıxır ki, ya ciddi böhran içindədirlər, ya rəhbərlik səviyyəsində bilinməyən gizli məsələlər dövran edir, ya da vətəndaşlar açıq şəkildə aldadılırlar. Onların müraciətlərinə də hər dəfə belə izah verilir ki, iş gedir, tezliklə hazır olacaq. Fəqət, neçə ildir bir binanın ortaya çıxara bilmirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən görülən bir layihənin fırıldağı üzə çıxmışdı.

AMEA-nın keçmiş rəhbərliyi – Akif Əlizadə, mənzil bölgü komissiyasının sədri İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və komissiyanın digər üzvləri, “Evrostroy – S MMC” şirkətinin rəhbəri Seymur İsayev ilə gizli şəkildə sövdələşərək mənzilləri AMEA-ya dəxli olmayanlara satıblar.

“Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını “Sipark inşaat” adlandırılıb. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır.

Ümumiyyətlə, son illər “Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir.

Xatıradaq ki, şirkətin rəhbəri Seymur İsayev o şəxsir ki şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda yazılıb.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər