gundem / sosial / Təhsil / bolge
27.09.2021
Siyəzən sakininin üzərindən və evindən narkotik aşkarland
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Nicat Əhədov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı N.Əhədovun evindən narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq aparılır.


