Bu 3 ərazi Azərbaycanın nəzarətinə qaytarılır – EKSPERTLƏRDƏN AÇIQLAMA

dogruxeber.tv : - Rusiyanın “RBK” xəbər saytı tərəfindən Qarabağla bağlı paylaşılan xəritə böyük müzakirə mövzusuna çevrilib. Belə ki, sözügedən xəritədə Ağdərə, Xocalı və Xocavəndin yaxın zamanda Azərbaycanın nəzarətinə qaytarılacağı öz əksini tapıb.

Sonradan mənbə həmin paylaşımı silsə də bu, məsələnin reallığı ilə bağlı şübhələri daha da artırıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalları yüksək qiymətləndirib:

“Yaxın zamanlarda sözügedən ərazilərin Azərbaycanın yuridiksiyasına qayıdacağına heç kimin şübhəsi olmasın. Rusiya saytları müxtəlif məlumatlar yayırlar. Amma mən bu informasiyanın doğruluğuna inanıram və bilirəm ki, bu istiqamətdə iş aparılır.

Eyni zamanda bu gün Azərbaycan Prezidenti İlham Əliyev “AA” verdiyi müsahibəsində rus sülhməramlıları, həm də İranla bağlı narazılığını ifadə edib. Düşünürəm ki, bunlar diqqətdən yayınacaq məqamlar deyil. Yaxın zamanlarda bəzi digər məsələlərin də şahidi olacağıq”.

Qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının sülh və ya hərbi güc vasitəsilə baş verəcəyi sualına isə Üzeyir Cəfərov bu cür cavab verib:

“Sülhməramlıların nəzarətinə baxmayaraq münaqişə onsuzda hər zaman baş verir. Sadəcə olaraq biz imkan verməməliyik ki, onlar hər hansı təxribatlar törətsinlər. Düşünürəm ki, yaxın perspektivdə regionda bizim üçün pozitiv hadisələrin şahidi olacağıq”.

Siyasi ekspert, eks-deputat Cümşüd Nuriyev də Bizim.Media-ya verdiyi müsahibəsində qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının real olduğunu bildirib:

“Ağdərə, Xocalı və Xocavənd hüquqi cəhətdən Azərbaycan əraziləridir. Lakin hal-hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Buna baxmayaraq, Rusiya da gözəl başa düşür ki, “Üçtərəfli Bəyanat”da da bu öz əksini tapıb.

Rusiyada sözügedən məsələnin məhz indi qabardılmasının səbəbi isə, sentyabrın 29-da Vladimir Putinlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün baş tutacağıdır. Belə ki, Türkiyə ilə Ukrayna arasında son dönəmlər ciddi yaxınlaşma mövcuddur.

Düşünürəm ki, rəsmi Ankara bunu bilərəkdən edir və Putin Ərdoğanla görüş öncəsi bir növ Türkiyənin “yaralı yeri” olan Azərbaycanın yarasına məlhəm qoymaq istəyir. Çünki Türkiyə daha böyük tələblərlə çıxış edə bilər”.

Cümşüd Nuriyev Xocalı, Ağdərə və Xocavəndin Azərbaycana qaytarılması ehtimalını yüksəldən digər vacib nüanslardan da danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı da Qarabağ məsələsinə toxunub. Eyni zamanda Rusiya da başa düşür ki, bütün Qafqazın əsas söz sahibi olan Azərbaycandır və rəsmi Bakının Türkiyə, Pakistan kimi güclü müttəfiqləri var. Rusiya geri addım atmaq məcburiyyətindədir və Azərbaycan siyasi olaraq rəsmi Moskvaya “dur” deyib.”
Bundan əlavə eks-deputat Rusiyanın 10 aydan sonra ilk dəfə Qarabağ ərazisi haqqında xəritədə “Dağlıq” hissəciyindən istifadə etməməsini də diqqətə çatdırıb.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər