Əmrullayevin YERƏ DÜŞƏN TƏKLİFİ... - Dəstək qazanmadı...

dogruxeber.tv: - Təhsil naziri Emin Əmrullayevin uşaqların ibtidai sinfə başlama yaşının azaldılması ilə bağlı fikirləri hələ də ciddi müzakirə predmetidir. Nazir olanda da beləsindən olasan! Bir təklifin üzərində günlərlə danışılsın. Neyləsin valideynlər? Nazir yaralı yerindən “sancıb” onları. 6 yaşından məktəbə gedən uşaqla valideyn min-bir əziyyət çəkir. Metroda, avtobusda ağır məktəbli çantalarını daşımaqdan beli bükülən anaları görəndə adamın ürəyi ağrıyır. Övladlarına yazıqları gəlir, alırlar çantaları onlardan. Kənardan baxanlar da dərdli-dərdli düşünür: nə doldururlar bu çantalara?! İndi təsəvvür edək ki, 5 yaşlı kövrək balalar ağır çantaları 1 il də tez öz zərif çiyinlərinə alacaq. Bu qədərmi vacibdir? Nazirin açıqlamasını da xatırladaq. E.Əmrullayev bildirib ki, qarşıda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır: "Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar” - deyən nazirin təklifinə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.

Sosioloq Lalə Mehralı isə nazirin təklifi ilə razılaşmadığını söylədi:

- Emin Əmrullayev cənablarının dediyindən belə çıxır ki, 5 yaşında getməlidir uşaq məktəbə. Məktəbəqədərə yox ha, 1-ci sinfə. Onda belə çıxır ki, 4 yaşından da məktəbəqədərə göndərməliyik uşağı. Partanın arxasından görünməyəcək yaşda yəni. Biz 6 yaşdan belə narahatıq, nazir deyir gecdi 6 yaş. Ötən il qızımın 6 yaşı tamam olanda tanışlar çox təkid etdi ki, ver məktəbə, gecikdirmə. Mən qıymadım. Uşaq hələ oyuncaqlarından ayrılmayıb, necə oxuyacaq? Amma yenə də pedaqoq rəyi alaq dedik. Feysbukda Təhsil Forumu adlı böyük bir qrup var, ora yazdım, müəllimlərdən soruşdum ki, öz övladlarınızı neçə yaşında məktəbə vermisiniz? Əksər pedaqoq yazdı ki, 7. İbtidai metodistlər siniflərindəki 6 və 7 yaşlı uşaqların müqayisəsini etdi, 7 yaşlıların dərsi daha yaxşı mənimsədiyini yazdılar, həmçinin onu da yazdılar ki, 6 yaşında bəzi uşaqların fərdi inkişafı, qavraması, adaptasiya yaxşı ola bilər, bu, bütün uşaqların 6 yaşında məktəbə tam hazır olması demək deyil. Tanıdığım valideynlərdən biri şikayət edir ki, 5 yaslı qızı məktəbəqədər hazırlığa başlayıb. Gedib-gəlmək əziyyəti bir yandan, bir yandan da iki seir, əlavə kitab tapşırığı da verilir, uşaq yorulur, yorğun olur, oyuna vaxt qoyulmur indidən.

L.Mehralı dünya praktikasından nümunələr gətirdi:

- Müqayisə üçün deyim ki, Fransa və Belçikada uşaqlar 6 yaşında başlayır məktəbə. Kanada, Yaponiya, Çin, Almaniya, İtaliya, Hollandiya, Danimarka, İsveçrə, İsveç, Norveç və Finlandiyada məktəb yaşı 6-dır. Rusiyada ibtidai sinfə qəbul üçün uşağın minimum 6 yaş 6 ayı tamam olmalıdır, bu yaşa çatan uşaqların əvvəlcə şifahi imtahanı aparılır, məktəbə hazır olub-olmaması yoxlanır. Moldova, Qazaxıstan, Qırğızıstan və Latviyada birinci sinfə qəbul 6-7 yaşından aparılır. Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan və Ermənistanda uşaqlar məktəbə 6 yaşın tamamında gedir. Litvada və Estoniyada isə ibtidai təhsilə başlama yaşı dəyişməyib, sovet dövründə olduğu kimi uşağın 7 yaşı tamam olmalıdır. Amerikalı uşaqlar ibtidai sinfə 5 yaşı tamam olanda gedir, Türkiyə, Almaniya və Böyük Britaniyada 1-ci sinfə qəbul 6 yaşdadır. İranda da on iki illik ümumi təhsil 6 yaşından başlanır. Macarıstanda və Rumuniyada uşaqlar 6-7 yaşında məktəbə gedir. Məktəbəqədər hazırlıq bu ölkələrdə məcburidir. Dünya üzrə yalnız 11 ölkədə uşaqlar ibtidai sinfə 5 yaşında gedir - İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zellandiya, Malta, Dominik, Nepal, Pakistan, Şri Lanka, Myanmar və Qrenada. Yəni göründüyü kimi əksər ölkələrdə uşaqların məktəb yaşı 6-7 yaş aralığında qəbul edilib.

Qeyd edək ki, nazirin məlum açıqlamasına bəzi şərhlərdə ibtidai təhsilin deyil, məktəbəqədər hazırlığın 5 yaşından başlanmasının nəzərdə tutulduğuni iddia edənlər də oldu. Amma zatən, uşaqlar 5 yaşından hazırlıq qruplarına gedir, 6 yaşdan da orta məktəbin birinci sinfinə. Lakin hazırlıq qruplarında uşaqlara demək olar ibtidai sinfin proqramı keçilir. 5 yaşdan ibtidai təhsil başlayacaqsa, elə doğum evindən birbaşa məktəbə getsinlər gərək. Yəqin bu ideya da hansısa ölkədən “kopyalama”dır. Kurikulumu elə “yaxşı” köçürmüşük ki, hələ də təhsil işçiləri baş aça bilmir. İndi də orta təhsil pilləsi 5 yaşdan başlasın. Hara tələsirik və niyə?
Pediatr Vaqid Qarayev uşaqları erkən yaşda yükləməyin xeyrindən çox ziyanı olacağını dedi:
- Mən köhnə sovet adamı olduğuma görə uşaqların heç 6 yaşında da məktəbə getməsilə barışa bilmirdim. Hamıdan vunderkind düzəltməyə çalışmamalıyıq. Uşaqlıq dövrü deyilən bir nəsnə var. Hazırkı uşaqlar kitabın “üstündə” niyə otura bilmirlər? Bütün valideynlər şikayətçidi bu məsələdə. Bunu hiperaktivliklə əlaqələndirmək doğru deyil. Bütün uşaqlar hiperaktiv deyil. Sadəcə, hərəkətliliyi sevirlər. Qadağanı, məhdudiyyəti sevmirlər və s. Yəni təhsil-tədris məsələsini önə çəkdikdə psixoloji amilləri də düşünsək yaxşı olar. Məncə, uşaqların üstünə çox gedilir.

Aşırı yükləmələr, lüzumsuz qadağalarla. Ondansa, tədris proqramı yüngülləşdirilməlidir. Uşaqları əlavə yüklərdən azad etmək lazımdır.

Son xəbərlər

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Bütün xəbərlər