Təhsil Nazirliyinin QARA SİYAHISI... - Bəlasını məzunlar çəkir...

dogruxeber.tv: - Təhsil Nazirliyinin 2020-2021-ci illə bağlı göstəricilərindən aydın olur ki, Azərbaycanın ali və orta ixtisas təhsili ocaqlarında 89 ölkədən 6 min 500 nəfərdən çox əcnəbi şəxs təhsil alır.

Ən çox əcnəbi tələbə Türkiyədən gəlib. Ölkədəki belə tələbələrin 35 faizə yaxını məhz Türkiyədəndir. Sonrakı üç yeri də etnik azərbaycanlıların yaşadığı ölkələr –İran, Gürcüstan və Rusiya tutur.

Cədvəl: 2020-2021-ci tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsili (ölkələr üzrə ilk 10-luq)

Təhsil Nazirliyinin QARA SİYAHISI... - Bəlasını məzunlar çəkir...

Ölkədə ən çox əcnəbi tələbə Azərbaycan Tibb Universitetidir (ATU-dur). 2 min 244 nəfər, yəni Azərbaycanda təhsil alan əcnəbi tələbələrin təxminən 35 faizi ATU-da təhsil almaqdadır.

Maraqlıdır ki, əcnəbi tələbələrin sayına görə ikinci yerdə olan universitet paytaxt Bakıda deyil, Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetidir. 1043 əcnəbi tələbə, yəni ölkədə təhsil alan hər 6 əcnəbidən biri məhz Naxçıvanda oxuyur.

Müqayisə üçün vurğulana bilər ki, Bakıda dövlət universitetində bu göstərici təxminən üç dəfə az – 328 nəfərdir.

Təhsil Nazirliyinin QARA SİYAHISI... - Bəlasını məzunlar çəkir...


Azərbaycanlılar xaricdə ən çox hansı ölkələrdə oxuyurlar?

Nazirliyin ötən tədris ilinə dair hesabatında diqqətçəkən məqamlardan biri də xaricdə təhsil almış şəxslərin diplomlarını təsdiqlətməklə bağlı müraciətləridir.

Rəsmi rəqəmlərdən aydın olur ki, ötən il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) bu məqsədlə 2 min 757 müraciət daxil olub.

Qurum bu müraciətlərdən 2 min 91-inə müsbət rəy verib. Təhsil haqqında 666 sənədin tanınmasındansa imtina edilib. Bu sayda imtinadan 397-i, yəni 60 faizinin səbəbi “tədris yükünü mənimsəmək üçün təhsil ölkəsində tələb olunan müddətin ödənilməməsi” göstərilib.

Daha 215 imtina müraciət edən şəxslərdə tədris dilinin qənaətbəxş səviyyədə olmaması ilə əsaslandırılıb.

Diplomlarını təsdiqlətmək istəyənlərin 861 nəfəri, yəni təxminən üçdə biri diplomunu Ukranyada alıb. İlk üçlükdəki digər iki ölkə Rusiya və Türkiyədir. Bütövlükdə bütün müraciətlərin 80 faizi bu üç ölkənin payına düşüb.

Təhsil Nazirliyinin QARA SİYAHISI... - Bəlasını məzunlar çəkir...


Diplomların tanınmasına məsul qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu ilin əvvəlində yayımladığı açıqlamada bildirilirdi ki, 2017-ci ildən bəri verilən imtinaların 25 faizi bütövlükdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Bu univeristetlərin çox hissəsi Rusiya və Ukraynada yerləşir. Ən çox imtina alan müraciətçilərin məzun olduqları ali təhsil müəssisələri arasında ilk beşlikdə Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası və V.N.Karazin adına Xarkov Milli Universiteti yer alıb.

Bu universitetlərdə təhsil almış 533 məzunun müraciətinə imtina cavabı verilib. Diplomu tanınmayan universitetlər arasında Dağıstan Dövlət Pedaqoji Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Gürcüstan Texniki Universiteti və digərlərinin də adı var. //azadlıq radiosu//

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər