"Pis sülh, yoxsa yaxşı müharibə": Bizim üçün hansı məqbuldur? - TƏHLİL

dogruxeber.tv: - Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı bir sıra diqqətçəkən fikirlər səsləndirib. O, Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”.
Vladimir Putin videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən ən yadda qalan fikrini söyləyib: “Pis sülh yaxşı müharibədən yaxşıdır”.

Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır”?
Məsələni AzVision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya lideri öz fikirləri ilə bir sıra mesajlar ünvanlayıb.

- Birincisi, Putin bu cümləsi ilə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiya mümkün olan nəticəni əldə edib. Yəni o “yaxşı müharibəni pis sülhlə” əvəz edib.
İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibə oldu. Çünki hədəf torpaqları azad etmək idi.

Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki əgər biz Rusiya rəhbərinin təbirincə desək yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən isə belə çıxır ki, onlar üçün “hazırkı sülh də pis deyil”. Halbuki, Azərbaycanla Ermənistan arasında sülh yoxdur. Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir. Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar, Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Onlar buna hazır deyillər və bu bizi az narahat edir. Müharibə bitibsə iki tərəf arasında saziş imzalanmalıdır.

Göründüyü kimi, mövcud vəziyyət Kremli narahat etmir. Çünki Putin “pis sülhün” davamını məqbul sayır, özünə zəhmət verib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər