"Möcüzəli sağlamlıq mərkəzində"dən “möcüzəli” saxtakarlıq - İLGİNC

dogruxeber.tv: - Naftalan şəhəri, N.Gəncəvi küçəsi 20 ünvanında fəaliyyət göstərən, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirilib.AQTA-nin verdiyi məlumata görə müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya normalarının və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.

Müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən, qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Məsələyə münasibət bildirən həkim Vaqif Qarayev qeyd edib ki , qida təhlükəsizliyi bütün ölkələrin strateji prioritetidir. Bütün dünyada bu sahəyə nəzarət edən qurumlar var. Lakin insanın fərdi mənsuliyyəti hər şeydən öndə gəlir:

“Heç bir qurum 24 saat bir məkana nəzarət edə bilməz. Bu gün təkcə sexlərdə qapalı satış məntəqələrində deyil, küçələrdə, yol kənarlarında vaxtı keçmiş məhsulların satışına cəhd edildiyini görə bilərik. Belə hallar təbii ki yolverilməzdir. Bu sözü gedən " Möcüzəli sağlamlıq mərkəzində" AQTA tərəfindən ət və ət süd və süd məhsulları aşkarlanıb.

Bu qidalar saxlanma şəraitinə görə həssas qidalardır. Onların üstəlik vaxtı keçmiş şəkildə insanlara sırınması sadəcə vicdansızlıqdır. Diqqət etsək, görərik ki son vaxtlar mədə-bağırsaq problemlərinə görə həkimlərə müraciət edən pasientlərin sayı ciddi şəkildə artıb.

İstər uşaqlarda, istərsə də böyüklərdə. Ola bilməz ki bunların hamısında hansısa epidemiya olsun. Çox böyük ehtimalla insanlar keyfiyyətli qidalanmır. Buna da səbəb bir fərdlərin öz laqeyidliyi, bir də bu cür onların həyatı ilə oynayan vicdansız müəssisələrin mövcudluğudur.

Bunun qarşısını almaq üçün çox ciddi cərimələr olmalıdır. Hətta inzibati həbsin təyin olunması belə efekktiv ola bilər.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər