Şəkidə “Qırmızı kitab”a düşən ağacların SOYQIRIMI başlayıb – Ekologiya Nazirliyi “qatili” tapacaqmı?

dogruxeber.tv: - Şəkinin Cumakənd kəndində çoxillik sağlam ağaclar kəsilir.

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin dediyinə görə kəndin Qax rayonuna doğru gedən avtomagistralının ətrafında və bir qədər iç hissələrdə, Əyriçayın, Əyriçay su anbarının sahilindəki ağacların “soyqırımı” başlayıb. İddialara görə kəndin ətrafında çoxillik və cavan çinar, hətta adı “Qırmızı kitab”a düşən ağacların məhv edilməsi təlimatını kənd ərazi nümayəndəsi Mustafa Əliyev verib.

Mənbənin sözlərinə görə təbiətlə kəndin harmoniyasına xüsusi gözəllik verən və havanın təmizlənməsi, güclü küləklərin qarşısının alınması funksiyasını yerinə yetirən sağlam ağaclardan əsər-əlamət qalmayıb:

“Mustafa Əliyev pul gətirəsi nə varsa hər şeyə əl atıb. O, kənddə “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayır. Bir sözlə bir düzən yaradıb ki, kəndin camaatı da ondan qorxur. Gözdən uzaq olan ağacları dibindən, görünənləri isə bir az yuxarıdan kəsdirib və yeşik ticarəti ilə məşğul olan iş adamlarına, yol kənarındakı ağacları isə 1,5 - 2,5 m hündürlükdən kəsərək gövdələrini satıb. Halbuki ağacların 2-3 metr hündürlükdən kəsilməsinə müvafiq orqanların xüsusi icazəsi olmalıdır. Bu adam ancaq sağlam ağacları kəsib, çürük ağacları isə heç bir işə yaramadığına görə kəsməyib”.

Cumakənd ərazi nümayəndəsi Mustafa Əliyev Bizim.Media-ya açıqlamasında deyilənləri əsassız hesab edib:

“Bu yalan informasiyanı kim verir bilmirəm. Nə vaxt istəyirsiniz, gəlin, birgə müşahidə aparaq, görüm hansı ağac kəsilib? Tələb edirəm, “Qırmızı kitab”a düşən ağacların kəsilməsi ilə bağlı videogörüntülər təqdim etsinlər. Heç bir ağac ksilməsindən söhbət gedə bilməz. Burada Şərq çinarı var. Bir vətəndaş yaxınlaşdı ki, həmin ağac budansın. Bildirdim ki, ağaca qalxmaq mümkün deyil, gərək qaldırıcı kran gətirilsin. Tam səmimiyyətimlə deyə bilərəm ki, burada heç bir ağac kəsilməyib”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, ağacların kəsildiyi ərazinin konkret ünvanını müəyyənləşdirmək mümkün olmadığı üçün araşdırma aparmaq olmur.

Nazirlik rəsmisi sözügedən məlumatı saytımıza verən mənbənin kimliyini və əlaqə nömrələrini istəyib. Mənbə isə saytımıza müracətində kimliyinin məxfi saxlanılmasını xahiş edib. Amma ağacların kəsilməsi ilə bağlı redaksiyamıza videofakt təqdim edib.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər