Virusa yoluxanlar xəstəxanada müalicədən niyə YAYINIR? – TƏBİB-dən ÇAĞIRIŞ

dogruxeber.tv: - Azərbaycanda epidemioloji durum hazırki statistikaya görə sabit olsa da, aktiv xəstə və gündəlik ölüm sayının çoxluğu vəziyyətin hələ də ciddi olduğundan xəbər verir.

Müşahidələr göstərir ki, son vaxtlar koronavirusa yoluxan şəxslər daha çox evdə müalicəyə üstünlük verirlər. Xəstəxanadan və həkimdən yayınan bu şəxslər izolyasiya olunmur, karantin davranışlarına belə əməl etmirlər.

Yoluxan şəxslərin çoxu sağalmaq üçün ailə həkimlərinin təyinatı üzrə müalicə alır, yaxud simptomları yüngülləşdirən tədbirlər görürlər. İzolyasiya şəraitindən kənar müalicə isə bəzən effekt vermir. Üstəlik ictimaiyyət arasında sərbəst dolaşan koronaviruslu xəstələr yaxınlaşdıqları hər kəsi rahatlıqla yoluxdurur. Bu isə acı nəticələrini daha çox yanaşı xəstəliyi olan şəxslərdə göstərir.

Maraqlıdır, hökumət bu məsələdə tibbi nəzarəti necə gücləndirməlidir?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış Bizim.Media-ya açıqlamasında Nazirlər Kabineti tərəfindən mübarizə tədbirlərinə dair bir neçə qərar verdiklərini xatırladıb:

“Evdə müalicə, stasionar müalicə, testlərin götürülməsi, müəssisələrə buraxılış, gigiyena qaydalarına riayyət, maskanın istifadəsi və s kimi məsələlər barədə Nazirlər Kabinetinin müvafiq qərarları var. Biz də respirator xəstəliklərdən qorunma tədbirlərinə dair qaydalara uyğun hərəkət edirik. Vətəndaşları da buna çağırırıq”, - deyə TƏBİB rəsmisi bildirib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, insanlar artıq koronavirusla barışıb:

“İstər karantin qaydaları və davranışlarının gözlənilməsində, istər də müalicə məsələsində vəziyyətlə barışıblar. Fövqaladə Hallar Nazirliyinin xəstəxanasında və “Yeni Klinika”da baş verən ölümlər insanları xeyli qorxuya saldı. Amma bir məqamı nəzərə almaq lazımdır ki, xəstəliyin müəyyən fazasında artıq stasionar müalicə önəm kəsb edir. Xüsusilə saturasiyanın aşağı olduğu, bakterial infeksiyanın qoşulduğu durumlarda, ağciyər ağırlaşmalarının ciddi olduğu hallarda, eləcə də yanaşı xəstəliyi olanlarda stasionar müalicə daha məqsədəuyğundur. Həmişə orada bədənə oksigen yeridilməsi mümkündür. Amma ambulator şəraitdə bunlar olmadığına görə burada daha çox yüngül xəstəlik müalicə olunmalıdır”.

Professorun sözlərinə görə işin təşkilində də qüsurlar var:

“İnsanların xəstəxanalardan yayınması və evdə müalicəyə üstünlük vermləri də bu qüsurlarla əlaqəlidir. Operativ Qərargah bu məsələləri nzərə alıb lazımi tədbirlər görməlidir. İşin təşkilatı tərəfi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının konkret tövsiyələri var. Həmin tövsiyələr də nizama salınmalıdır”.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər