Heç “ispan qripi” bu qədər uzun sürməmişdi: - Professor səbəbi açıqladı

dogruxeber.tv: - Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümü xarakter daşıyacaq.

Bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq. Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümü epidemiyalar”la yayılma sürətini qoruyacaq.

Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır. Həmçinin bildirilir ki, gələn ilin fevral ayında virusun yayılma sürəti zəifləsə, pandemiya sonlanmış hesab ediləcək. Əks halda, illərlə dünya əhalisi koronavirusla yaşamaq məcburiyyətində qalacaq.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan professor Adil Qeybulla bildirib ki, əslində pandemiyanın uzun sürməsi müəyyən proqnozları üstələyib:

"Məsələn, dünyada ən təhlükəli pandemiyalardan biri, tənəffüs yolu ilə yayılan infeksiyalardan olan “ispan qripi”nin müddəti bir il yarım çəkmişdi. Bu, hələ səhiyyənin yüz il əvvəlki durumunda belə idi. Hazırda isə səhiyyədə sanitariya, dərman, qoruyucu vasitə və s. baxımından xeyli imkanlar var. Pandemiyanın yüz il öncə həmin müddət qədər davam etməsi dünya əhalisinin azlığı ilə bağlı olub. İndi populyasiya o qədər sıxdır ki, virusun yayılma potensialı da yüksəkdir".

Adil Qeybulla deyib ki, belə olan halda daha effektiv, çevik tədbirlər lazımdır:

"Hər bir situasiyaya hazır olmalıyıq. Hesab edirəm ki, hər halda virus 2022-ci ilə adlayıb, mutasiyalara davam edəcək. Pandemiyanın sonlanması mutasiya nəticəsində virusun zəifləyib, sıradan çıxmasından asılıdır".

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Bütün xəbərlər