gundem / siyaset
3.12.2021, 17:35
Milli Məclisdə 95 minlik təmir işləri - BAZAR OLSUN!..
Milli Məclisin inzibati binası təmir olunacaq.
"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 94 514.17 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Texnomaks” MMC 10 dekabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 165-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qurbanov Rusif Fəzail oğludur.
Açıq mənbələrdə Rusif Qurbanov barəsində hər hansı məlumat yoxdur.
Xatırladaq ki, noyabr 11-də külək Milli Məclisin binasının fasad örtüyünü dağıtmışdı. Milli Məclisin binasından qopan fasad örtüyü Azərbaycan Televiziyasının (AzTV) ərazisinə düşüb. Görünür, binanın təmirinə bundan sonra ehtiyac yaranıb.


