gundem / hadise / bolge
21.12.2021
Neftçala sakinindən odlu silah aşkarlandı
Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlandı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirqurbanlı kənd sakini İltifat Əliyevdən bir ədəd müvafiq sənədləri olmayan “Tula" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.


