VİP sədri məhkəməyə verilib

"dogruxeber.tv"ın məlumatına görə Qəzaya uğrayan "Mi-17" tipli helikopterdən sağ çıxmış hərbçilər Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi məhkəməyə veriblər.
Bizimyol.info-ya bu barədə VİP-in mətbuat xidmətindən məlumat veriblər.

Bildirilir ki, bu gün Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçiriləcək. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

"Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 15-00-a, Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 16-20-yə təyin olunub.

Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 09.10.2021-ci ildə “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar məhkəməyə ünvanladıqları şikayət ərizəsində Əli Əliyevin həmin fikirlərini kontekstdən çıxarılmış və tamamilə təhrif olunmuş formada təqdim ediblər", - deyə məlumatda bildirilir.

Vətəndaş və İnkişaf Partiyası Əli Əliyevə qarşı qaldırılmış bu əsassız iddiaları və məhkəmə araşdırmasının operativliklə təyin olunmasını siyasi hakimiyyətin VİP sədrinə qarşı təzyiq kampaniyası kimi dəyərləndirib: "VİP növbəti dəfə hakimiyyəti ölkədə vətəndaş həmrəyliyini sarsıdan və siyasi qarşıdurmanı dərinləşdirən bu kimi addımlardan çəkinməyə, köklü islahatlar çərçivəsində gerçək siyasi açılıma başlamağa çağırır", -deyə məlumatda bildirilir.

Son xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Bütün xəbərlər