"120 manatla bir ay yaşamaq olar?" - ETİRAZ

dogruxeber.tv: - "Prezident 20.12.2021 tarixli sərəncamı ilə bir sıra kateqoriyadan olan şəxslərin Prezident təqaüdünü və sosial müavinətləri artırdı. Nədənsə, Qarabağ qazilərinin və şəhid ailələrinin Prezident təqaüdlərinin artırılması yada düşmədi. O ki qaldı, sosial müavinətlərə, 1-ci, 2-ci, 3-cü dərəcə əlilliyi olan şəxslərin sosial müavinətlərinin məbləği uyğun olaraq 150, 130 və 110 manatdan 220, 180 və 120 manata qaldırılıb. Faiz hesabı ilə götürdükdə 1-ci -2-ci dərəcəli əlillərin sosial müavinətlərinin ortalıq 40-50 faiz arasında artırılmasını normal saymaq olar".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bilidirilir: "Amma məbləğin cüziliyi rəqəm hesabı ilə sosial təminatın da cüziliyindən soraq verir. 3-cü dərəcəli əlilliyi olan şəxslərə gəldikdə isə, onların sosial müavinətləri 110 manatdan 120 manata çatdırılaraq cəmi 10 manat, faiz hesabı ilə 9 faiz artıb. 120 manata bir ay yaşamaq olar? Lap tutaq ki, Qarabağ savaşı qazilərinə dərəcələrinə uyğun olaraq 330, 350,400 manat məbləğində Prezident təqaüdü ayrılıb və bunun hesabına onların sosial təminatını normal saymaq olar. Bəs savaş əlilləri olmayanlar neyləsin? Eyni zamanda kommunal xidmətlərin, rüsumların həcmi 20-100 faiz , özü də noyabr ayından qalxdığı halda 3-cü dərəcəli əlillərin müavinətinin 2022-ci ildən cəmi 10 manat, faiz hesabı ilə 9 faiz artırılması hansı “sosial məntiqə” sığır? Prezident təqaüdü ilə birlikdə 2-ci dərəcəli Qarabağ qazisinin alacağı ödəniş toplam 530 manat, 3-cü dərəcəli Qarabağ qazisinin ödənişi isə 450 manat edir. Yəni 440 manatlıq toplam sosial təminat məbləği cəmi 10 manat, faiz hesabı ilə cəmi 2 ,3 faiz artıb ! (?) Ondansa, Prezident təqaüdünün artırılması hesabına sosial müavinətçi qazilərin dolanışığını yüngülləşdirmək olardı. İndilikdə isə qazilər aldıqları müavinətin yarıdan çoxunu kommunal xidmətlərin qarşılanmasına xərcləyirlər. Biz hələ dərmanları demirik. Nə yaxşı , bir çox dərmanların pulsuz verilməsi təmin olunur, amma kommunal ödənişlərdə, axı heç bir güzəşt edilmir! Hətta qaz, su, işıq çəkilməsi və sayğac quraşdırılması pulsuz olsa da, qanunsuz ödənişlər tələb edilərək sosial infrastrukturla təminatdan belə imtina edilir. Prezidentin 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının icrasını təmin etmək, Qarabağ qazilərinə 26 manatlıq, digər 1-ci və 2-ci dərəcəli əlillərə cəmi 6 manatlıq aylıq müavinətin verilməsi isə, deyəsən, bu il də “plana” salınmadı. Elə Qarabağ qazilərinə Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə ayrılan, dərəcələrə uyğun olaraq 10, 12 və 14 manatlıq aylıq müavinətlərin də qazilərin sosial müavinətlərinə və əmək pensiyalarına əlavə edilməsi yenə “yaddan çıxıb”.

Dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinin önəmli payı əlillərin təminatına yönəlib. Bu təminat normativ hüquqi aktlarla, sərəncamlarla tənzimlənir. Prezidentin fərman və sərəncamları icra olunmayacaqsa, NK bu aktların icrasının tətbiqini həyata keçirməyəcəksə , qəbul edilməsinin nə anlamı ola bilər? 120 manata əlilliyi olan şəxs necə dolana bilər? Fikirləşmək öhdəliyi “sosial deputat”ların, “məmur-sosialistlərin” üzərinə düşür".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər