gundem / siyaset
5.01.2022, 10:20
Nazir polis mayoruna vəzifə verdi - ƏMR
"dogruxeber.tv" xəbər verir ki, Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Əjdər Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.
O, bu təyinata qədər Şabran RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.


