"Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki...”

dogruxeber.tv: - "1962-ci illər idi, heç kimi ata, anası kinoya buraxmırdı. Mənim atam və anam isə heç nə demədi, çünki müasir insanlar idilər. Qardaşımı caza qoymuşdular, məni də rəqs məktəbinə. Rejissor Rasim Ocaqov o vaxt “Cazibə qüvvəsi” filmi üçün aktrisa axtarışında idi. Məni görən kimi dedi ki, heç bir aktrisa daha axtarmırıq, axtardığımızı tapdıq. İlk filmim idman haqqında çəkilən “Cazibə qüvvəsi” oldu. Bir çox aktyor və rejissorlarla çalışmışam. “Sən niyə susursan?” filmində Həsən Seyidbəyli məni baş rola çəkdi. O vaxt gənc olan Xəyal Axundzadə də rejissorun diqqətini çəkmişdi. Həsən Seyidbəyli Xəyalı Şövkət Ələkbərovanın yas məclisində çay paylayan yerdə görmüşdü”. Bunu Moderator.az-a açıqlamasında bir zamanların məşhur aktrisası Rəna Səlimova deyib. O daha sonra əlavə edib.

“Xəyal Axundzadə ilə mən məktəb illərindən tanış idim. O 134 saylı məktəbdə oxuyurdu, mən isə 160 saylı məktəbdə. Daha sonra bizim məktəbə gəldi. Məktəbi bitirəndən sonra Xəyalla ailə həyatı qurdum. Daha sonra elə oldu ki, məni Moskvaya filmə dəvət etdilər, o isə Bakıda qaldı. Xəyalı daha sonralar filmə çəkmirdilər. Kino bizi saxlayırdı, ayırmağa qoymurdu, ona görə də sevgimiz elə kino ilə də bitdi. Kinoda qovuşduq, kinoda da ayrıldıq. Hətta mən biləndə ki, bəzi çəkilişlərə Xəyalı dəvət etməyiblər, çəkilişlərdən imtina edirdim. Onunla ayrılandan sonra ikinci dəfə ailə həyatı qurdum. İki uşağımız dünyaya gəldi. İkinci dəfə ailə həyatı qurduğum oğlanın anası aktrisa olmağıma narazı idi. Çünki onlar aktrisaya pis baxırdılar. Ona görə də kinoya əlvida dedim. Hətta Həsən Seyidbəyli məni “Nəsimi” filmində Şəms obrazına dəvət etmişdi. Amma ikinci həyat yoldaşım icazə vermirdi. Elə oldu ki, biz ayrıldıq. Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki, indi məni Şəms obrazına çəkə bilərsən. Amma gec idi, artıq Şəms obrazına aktrisa seçilmişdi. Həsən Seyidbəyli mənə bu filmdə rəqqasə obrazını həvalə etdi. Zeynəb Xanlarova oxuyurdu, mən isə rəqs edirdim. Mən kaş ikinci dəfə ailə həyatı qurmazdım, yalnız sənəti düşünərdim. Bu gün o illəri yadıma salıram, bəzən köhnə kino işçiləri zəngləşirəm, danışıram. Heyf ki, bizim dövrümüzün rejissorları indi yoxdur, ona görə də bizim qəbildən olan aktrisalar kinodan uzaqlaşıblar” deyə aktrisa bildirdi.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər