gundem / hadise / bolge
31.01.2022
Şabran sakinindən 2 ədəd silah aşkarlandı
Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz silahlar saxladığına görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən 2 ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.



