“Şuşa Bəyannaməsi”nin təsdiqi danışıqları pozacaq? - İNCƏLƏMƏ...

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin Milli Məclisdə təsdiqindən sonra iki ölkə arasında hərbi əməkdaşlıq yeni strateji mərhələyə daxil olub.

Yaxın vaxtlarda həmin qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində ratifikasiyası gözlənilir. Bundan sonra Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin həyata keçirilməsi istiqamətində daha ciddi addımların atılacağı gözlənilir. Xüsusilə də tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət, yaxud dövlətlər tərəfindən təcavüz təhlükəsi yaranarsa, birgə məsləhətləşmələr aparılacaq.

Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə bir-birinə zəruri yardım göstərəcək. Ona görə də Azərbaycana qarşı hər hansı dövlət təcavüz aktı həyata keçirərsə, “Şuşa Bəyannaməsi”nə əsasən Türkiyə hərbi müqaviməti ilə üzləşə bilər. Azərbaycana qarşı ərazi iddiası ilə təcavüz edən ölkə Ermənistan olduğundan, “Şuşa Bəyannaməsi”nə uyğun olaraq, Türkiyə qanunvericilik qaydasında hərbi əməliyyatlara müdaxilə etmək hüququndan istifadə edəcək. Ancaq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıldığı bir vaxtda belə hərbi qarşıdurmanın baş verməsi barışıq prosesini poza bilər. Ona görə də “Şuşa Bəyannaməsi”nin icrası ilə bağlı atılacaq addımların Türkiyə-Ermənistan danışıqlarına mümkün təsirləri ilə bağlı suallar yaranıb. Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya bildirib ki, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentlərində təsdiqi ilə hərbi və təhlükəsizlik sahəsində strateji əlaqələr yeni mərhələyə qədəm qoyur. Azərbaycan-Türkiyə tandeminin güclənməsi Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranması deməkdir:

“ “Şuşa Bəyannaməsi” üçüncü ölkələrə qarşı yönəlməyib və Azərbaycanın müdafiəsi, təhlükəsiliyi üçün birgə addımların atılmasını nəzərdə tutur. Təbii ki, Azərbaycana qarşı işğal faktı baş verərsə, Türkiyə öz qardaş müttəfiqinin yanında yer alacaq. Hesab edirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair danışıqların aparıldığı bir vaxtda “Şuşa Bəyannaməsi”nin təsdiqi müzakirələrə mənfi təsir etməyəcək. Bu, əvvəlcədən imzalanmış sənəddir və üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi təcavüz olarsa, Azərbaycan bunun qarşısını təkbaşına almağa qadirdir. Üçüncü qüvvələr Ermənistanla birlikdə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına təhlükə yaradarsa, Türkiyə ölkəmizin yanında yer alacaq. Bu, dövlətlərarası münasibətdir. “Şuşa Bəyannaməsi” Türkiyə-Ermənistan danışıqlarına mənfi təsir göstərə bilməz. Ermənilərin bu məsələni qaldırmağa və “Şuşa Bəyannaməsi”nə etiraz etməyə haqqı çatmır. Düşünürəm ki, Ermənistan bu mövzunun üzərinə getməyəcək”.

Son xəbərlər

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Bütün xəbərlər