DİN-dən ƏMƏLİYYAT: 38 nəfər həbs edildi

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.

Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib.

Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər