gundem / sosial / Cəmiyyət
10.03.2022
Lənkəranda kı, ekologiya rəisinin yeni hoqqabazlığı
dogruxeber.tv: - Bir neçə gün öncə Lənkəranın Qunbaşı kəndi ərazisində ki, torpaqların qazılıb satılması barədə xəbər portallarımızda məlumat vermişdik. Və bu torpaq biznesinin başında 1 saylı Regional Ekologiya Idarəsinin rəisi Şakir Quliyev və onun cinayətkar komandasının olduğunu bildirmişdik. Biz xəbəri yayımlanandan sonra Şakir müəllim öz əməkdaşları ilə gedib həmin ərazidə qum, torpaq maşını və bir də "Tir" ov tüfəngi tutmuşdur. Onların bildirdiyinə görə, "dağ torpağ"ın "kamaz" markalı maşınlarla Bakıya aparırmışlar. Yaxşı Şakir Quliyev bu qədər vaxt harada idi? Nə oldu biz sözügedən cinayəti ictimailəşəndən sonra, gəlib indi "şou" göstərir. Necə ki, keçən ay Astarada budaqlı danaya kolları bizim verdiyimiz məlumat əsasında tutuldu. Gərək hər şeyi biz ictimailəşdirib məlumat verək və sonra bunlar hərəkət keçsin. Əgər bu vaxtda kımı bunların bu işlərdən xəbərləri yox idisə, deməli bunlar işlərinin başında deillər. Yox , əgər var idisə deməli görüb haqqlarının alıb cinayəti ört-basdır edirlər. Bir neçə cinayətkar məmur cənub zonasını öz dədə malı kimi talan edirlər. Biz üzümüzü tuturuq aidiyyatı orqanlara və xahiş edirik bu biyabırçılığın qabağın alsınlar. Əks təqdirdə qazıntı olan yerlərdə torpaq sürüşmələri olacaq və bu da orada yaşayan sakinlər üçün çox təhlükəlidir.
Qarşı tərəfin də mövqeyin dinləməyı hazırıq.//azerinfo.az



