Əmrullayev təhsilimizi necə batırır... - FAKT BUDUR!

dogruxeber.tv: - Müdriklər təhsil ilə bağlı çox dəyərli fikirlər söyləyiblər.
Məsələn, təhsili olmayan millətlər, təhsili olan milllətlərin əsarətində olacaqlar.
Yaşlı nəsil gözəl bilir ki, indi çoxlarının bəyənmədiyi Sovet dövləti 30-cu illərdə savadsızlığı ləğv etmək üçün hətta ən ucqar kəndlərdə kurslar təşkil edir, gecə məktəbləri açırdılar ki, yaşlı insanlar işdən sonra gəlib oxuyub-yazmaq öyrənsinlər.
Məhz bu yolla uzun illər sonra ölkəmizdə savadsızlıq ləğv olundu.
Ancaq nə qədər acı da olsa etiraf etməliyik ki, son illər əks proses başlayıb.
Həkim öz ixtisasını bilmir, istintaq aparmalı olan hüquqşünas hüquq elmindən başqa çox şey bilir və eləcə də digər sahələrdə də oxşar vəziyyətdir.
Sözün qısası, təhslimizdə bir tənəzzül mərhəlləsi başlayıb.
Düzdür, dövlətimiz son 15-20 ildə xeyli sayda müasir məktəblər tikib istifadəyə verib, müəllimlərin maddi durumu əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb, məktəblər müasir avadanlıqlarla təmin olunub. Amma…
Əmması odur ki, təhsilimzdə KEYFİYYƏT dəyişikliyi baş vermir. Əksinə geriləmə hiss olunur.
Bu proses əsasən, 2 il öncə Emin Əmrullayev təhsil naziri təyin olunandan sonra başlayıb.
Təsəvvür edin ki, təhsildən danışanların çoxu keçmiş təhsil naziri Misir Mərdanovun atasına rəhmət oxuyur.
Bizim məqsədimiz Misir Mərdanovu, sabiq təhsil naziri Mikayıl Cabbarovu tərifləmək, mədh eləmək deyil.
Əksinə vaxtilə müxtəlif təhsil nazirlərinin fəaliyyətinə dair tənqidi yazılar dərc etmişik.
Amma onların nazir olduğu dönəmdə təhsildə heç olmasa müəyyən uğurlar var idi. Əlbəttə qüsurlar da yox deyildi.
Məsələn, sabiq təhsil naziri Misir Mərdanovun rəhbərliyi dönəmində məktəblərdə təlim-tərbiyə məsələsinə çox ciddi fikir verilirdi, məktəblərdə cinayət xarakterli əməllər çox az idi.
Yəni Misir Mərdanov məktəbə, uşaq bağçasına, ali məktəbə menecer kimi deyil, PEDOQOQ kimi yanaşırdı.
Hər şey də məhz yanaşmadan asılıdır.
Yaxud onun nazir olduğu dönəmdə məktəb direktorlarının savadı ilə yanaşı, mənəvi-əxlaqi dəyərləri də ciddi nəzərə alınırdı.
Axı, məkəb direktoru təkcə şagirdlərə deyil, həm də öz kollektivinə nümunə, örnək olmalıdır.
Yaxud sabiq təhsil naziri Mikayıl Cabbarovun dövründə müəllimlər arasında ciddi atestasiya prosesi keçirildi.
Müəllimlərin bilikləri qiymətləndirildi. Bunun çox böyük əhəmiyyəti var idi.
Çünki savadlı müəllimlə savadsız müəllimin əməyi eyni cürə qiymətləndirilə biməzdi.
Əgər müəllim yüksək əmək haqqı almaq istəyirsə, öz üzərində işləməli, öz savadını bacarığını artırmalıdır.
Sözün düzü, Mikayıl Cabbarov ixtisasca iqtisadçi olsa da, təhsilə müəyyən yeniliklər gətirdi.
Ondan sonrakı təhsil naziri, indiki xarici işlər nazirimiz Ceyhun Bayramovun da fəaliyyəti müsbət idi.
Amma, təəssüf ki, iki ildir Azərbaycan Respublikasının təhsil naziri olan cənab Emin Əmrullayevin fəaliyyəti barədə müsbət nəsə demək olmur.
Bu adam təhsil naziri olandan, təhsil sahəsində heç bir ciddi addım atmayıb. Əksinə təhsilimizin səviyyəsi ilbəil aşağı düşür.
Məktəblərdə rüşvət halları artıb.
Təhsil naziri Emin Əmrullayev deyir ki, valideynlər rüşvəti könüllü verir.
Deyilənə görə, bu adam başa düşmür ki, bir neçə gün öncə orta məktəblərdə valideynlərdən yığılan pullara bəraət qazandırır və deyir ki, “ Mən orta məktəbdə oxuyanda da pul yığılırdı...”
Və cənab nazir deyir ki, əgər valideynlər müəllimlərə, məktəbə könüllü pul verirsə, nə edə bilərik..?
Bax, budur gənc nazirlərimizin islahatı…..
Nazir utanıb-qızarmadan “valideyn komitəsi”ndən danışır və bunu könüllü birlik hesab edir. Və guya bu Azərbaycan qanunvericiliyində var.
Nazir başa düşmür ki, şagirdin müəllimə pul uzatması ən əxlaqsız məsələdir.
Nazir sonra deyir ki, valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır: “Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.
Deməli, Emin Əmrullayev məktəblərdə rüşvət verməyin MEXANİZMİNİ axtarır.
Görəsən, təhsil naziri Emin Əmrullayev niyə bircə dəfə şəhid ailəsinin təhsil haqqını ödəyə bilməməsindən, yaxud təhsil haqlarının dözülməz olmasından, bu səbəbdən yüzlərlə tələbənin qovulmasından danışmır ?
Amma könüllü rüşvətdən danışır…
Bax, bu yerdə deyirlər ki, haradasan, ay Misir Mərdanov, ay Mikayıl Cabbarov, ay Ceyhun Bayramov...?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Bütün xəbərlər