MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

dogruxeber.tv: - Mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edən şəxs tərəfindən aldadıldıqlarını bildirir.
Bununla bağlı “Qafqazinfo”ya müraciət edən həmin şəxslər Mahir Rəsulov adlı mütəxəssisin müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini deyirlər. Vətəndaşların sözlərinə görə, Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.

Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb: “Mahir Rəsulovun dostu Rəfael adlı şəxs özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək Mahirlə birlikdə insanları aldadıb. Təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.

Bu işdə pulların bir çox qismi Mahirin anası Rəsulova Şərafət Böyükağa qızının kartına göndərilib. Bunlardan əlavə özünü Mahirin dostu kimi təqdim edən Kadir Çezik adlı Türkiyə vətəndaşı da bir neçə nəfərdən sosial evlərin qazanılması üçün Mahirin adından pul alıb. Mahir pul aldığı şəxslərə bu il martın 30-a MİDA-dan mənzil udaraq onlara verəcəyini vəd edib. Bu iş alınmadıqda Mahir pul aldığı şəxslərə aprelin sonuna kimi pulları qaytaracağını bildirib. Amma daha sonra Türkiyəyə qaçmaq istəyib”.

Çoxsaylı şikayətlər nəticəsində M.Rəsulov saxlanılaraq istintaqa cəlb edilib. Vətəndaşlar həmin şəxsin maddi zərər vurduğu insanların siyahısını da hazırlayıb. Onların tərtib etdiyi cədvəldə iddia olunur ki, tutulan şəxs vətəndaşlara 155 700 manat ziyan vurub.

Qeyd edək ki, adının anonim qalmasını istəyən bəzi şikayətçilər siyahıda özünü təqdim etməyib. Şikayətçilər hüquq-mühafizə orqanlarından hər hansı şikayətləri olmadığını, sadəcə olaraq pullarının geri qaytarılmasını istədiklərini bildiriblər.

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Əldə etdiyimiz məlumata görə, 2000-ci il təvəllüdlü Mahir Rəsulov barəsində vətəndaşın etibarından sui istifadə etməklə 25 450 manat pulunu almasında dələduzluq əməlinin tərkibi olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Məhkəmə M.Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun digər dələduzluq əməlləri də olduğu istisna edilmir.

Onunla bağlı istintaq aparılmasına dair məlumatı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər