gundem / Təhsil / hadise / bolge
20.05.2022
Astarada məktəbdə YANĞIN
Astarada məktəbdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "dogruxeber.tv"a verilən məlumata görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



