"Meymunçiçəyi bədəndə 10 həftəyə qədər qala bilər" - Alimlərdən AÇIQLAMA

İlk dəfə Afrikada ortaya çıxan və son həftələrdə Amerika, Avropa və Avstraliyaya yayılan meymunçiçəyi virusu ilə bağlı araşdırmalar davam edir.

"dogruxeber.tv" xəbər verir ki, İngiltərədəki elm adamları 2018-2021-ci illər arasında meymunçiçəyi virusu hallarını araşdırarkən çox maraqlı nəticə ilə qarşılaşıblar. Buna uyğun olaraq xəstəliyin 10 həftə bədəndə qala biləcəyi müəyyən edilib. Mütəxəssislər vurğulayıblar ki, çiçək xəstəliyinə bənzər səpgilər yox olduqdan sonra da virus orqanizmdə qala bilər.

Müayinələrdə Nigeriyada xəstəliyə yoluxan 40 yaşlarında bir kişinin 76 gün sonra da hələ də müsbət olduğu müəyyən edilib.

Xəstənin 10 həftəlik müddət ərzində "virusu ötürmə riskini" daşıyıb-daşımadığı bəlli olmasa da, ekspertlər bunun "ən böyük cavabsız sual" olaraq qaldığını vurğulayıblar.

Mütəxəssislər araşdırmada meymunçiçəyi virusunun uşaqlarda nadir olduğunu izah ediblər.

Tədqiqatlara həmçinin meymunçiçəyinin müalicəsi üçün rəsmi icazə verilməyən "Tecovirimat"ın yoluxmuş bir xəstənin 2021-ci ildə sağalmasına və yalnız bir həftəlik müalicədən sonra xəstəxanadan buraxılmasına kömək etdiyinə dair məlumatlar bildirilib.

Meymunçiçəyi Avropa, Amerika, Avstraliya, Afrika və nəhayət Asiyada öz təsirini göstərməkdə davam edir.

Nəhayət, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Qərbi Afrikadan olan 29 yaşlı qadında meymunçiçəyi virusunun aşkarlandığı açıqlanıb.

Hava hissəcikləri ilə ötürülən xəstəliyin əlamətlərinə yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi daxildir. Ən bariz simptom üzdə, ayaq altı və ovuclarda şişkinlik kimi tanınır.

Adətən yüngül simptomlarla keçsə də, bəzi hallarda ölümcül ola bilər.

Oxunub: 512

Son xəbərlər

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Bütün xəbərlər