Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

dogruxeber.tv: - Şəki rayonunun Bolludərə kəndində 130 ev var və orada 500 nəfərdən artıq sakin yaşayır. 1992-ci ilədək kəndin tələbatı Əlican çayından götürülərək xüsusi nasoslarla anbarlara vurulan və buradan paylanan su ilə ödənirdi. Sonradan həmin nasoslar sıradan çıxıb və 8,5 km məsafədə yerləşən Sarıca kəndindən başqa nasoslarla bu yaşayış məntəqəsinə su vurulmağa başlanıb.
Daha sonra həmin boru da tutularaq yararsız vəziyyətə düşdüyündən, sakinlər kənddən xeyli aralıda xüsusi avadanlıqlar vasitəsi ilə su mənbəyi yaratmalı olublar.
Sakinlərin Sputnik Azərbaycan-a bildirdiyinə görə, qışda bu qurğular vasitəsilə kəndin tələbatı ödənsə də, yaz-yay aylarında su üzünə həsrət qalırlar.

Bolludərə kənd sakini Rafiq Alməmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, suya olan ehtiyacı ödəmək üçün sudaşıyan xüsusi maşınlardan istifadə edirlər. Suyun azlığı isə onların günlərlə növbə gözləməsinə səbəb olur.
"Kəndin su tələbatı bu maşınlarla ödənilir. Su çox azdır, yox dərəcəsindədir. Saatlarla burada növbə gözləyirik. Gecə saat 4-də maşını burda saxlayıb 23-cü adam oluram. Su götürə bilmirəm".
Hətta kənd sakini Qalib Hüseynov kimi günlərlə növbə gözləyənlər də olur.
"Üç gündür maşınım burada növbədədir. Su götürə bilmirəm. Həm içmək, həm də təsərrüfatda istifadə üçün bu sudan yararlanırıq. Qoyun-quzu da susuzluqdan qırılır", – deyə Qalib Hüseynov qeyd edib.
Yaranmış vəziyyətlə əlaqədar demək olar ki, hazırda bu kənddəki əksər sakinlərin su daşımaq üçün maşını var. Bu cür nəqliyyat vasitəsi olmayanlar isə suyu pulla almalı olurlar. Kənd sakini Firuzə Məmmədova kimi.

"Hər dəfə 10-15 manat pul verib su alırıq, bir neçə günə ancaq yetir. Hər şeyə görə bu sudan istifadə edirik deyə çatdırmaq olmur", - Firuzə Məmmədova əlavə edib.
Məsələ ilə bağlı Bolludərə İcra nümayəndəsi Sahib Həsənov Sputnik Azərbaycan-a bildirib ki, kənddə yerli su mənbəyi də yoxdur. Yaşayış məntəqəsinin hazırki təlabatı isə Yaponiya layihəsi əsasında Sarıca kəndindən nasoslarla su vurulması hesabına ödənir. Lakin problemin həllinə ümid var:
"Oğuz rayonunun Böyük Söyüdlü kəndindən yaxınlıqdakı Qaratorpaq kəndinə "Azərsu" ASC-nin layihəsi əsasında su xətti çəkilib. Taxıl yığımından sonra isə bu xəttin kəndimizə də gətiriləcəyi bildirilir".

"Azərsu" ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verildi ki, həmin layihə Qaratorpaq kəndində başa çatıb. Yəni, davamı gözlənilmir.
Görünən odur ki, Bolludərə sakinləri hələ bir müddət də bu cür su növbəsində dayanmalı olacaqlar.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər