Vasif Talıbovun `ATALIQ QAYĞISI` - İLGİNC FAKT

dogruxeber.tv: - "Vasif Talıbovun "atalıq qayğısı" təkcə alt paltarı hədiyyəsindən ibarət deyilmiş. Bakı əhalisi keyfiyyətli taksi xidmətindən yararlana bilmək şansı yaradıldığına görə də Vasif Talıbova minnətdar olmalıdır". Bu barədə açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Heydər Oğuz bildirir.

"Naxçıvanda Azərbaycan Polis Akademiyası məzunlarının ovu davam edir" deyə açıqlamasına davam edən Heydər Oğuz daha sonra qeyd edir:

"Əldə etdiyimiz məlumata görə, sonuncu belə qurban Culfa rayon polis idarəsinin sahə müvəkkili Şirzad adlı polis baş-leytenantı olub. Bildirilir ki, Şirzad müəllim bundan bir müddət əvvəl MR DİN-in Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili işləyib. Nazir dəyişildikdən sonra Şirzadın vəzifəsini kiçildib Culfa rayonuna sahə müvəkkili göndəriblər. Onun yerinə isə kapitan Zeynəlabdin Babayevi təyin ediblər.
Yol uzaq olduğundan və vəzifəsi kiçildiyildiyindən polis baş leytenantı işdən çıxmaq barədə ərizə yazıb. Onun ərizəsini qəbul etməyiblər. Ya işləyəcəyini, ya da polis orqanlarından qovulacağını Şirzad müəllimin nəzərinə çatdırıblar. Polis baş leytenantı isə işdən çıxması fikrində israrlı olub. Onun bu “özbaşınalığı” MR DİN rəhbərliyinin acığına gəlib və Şirzad müəllimin şəxsi işinə “xidmətə yararsız” maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırıblar. İndi o, həmin ləkənmiş əmək kitabçası ilə Azərbaycanın digər rayonlarında da polis işləyə bilməz.
Qeyd edək ki, Şirzad bəy Polis Akademiyasının məzunudur. Onun kimi polislərin yetişməsi üçün dövlət ildə 100 min manat xərcləyir. Bu hesabla Naxçıvan DİN-in polis orqanlarından xaric etdiyi Şirzad müəllimin yetişdirilməsi dövlətə 500 min manata başa gəlib (Polis Akademiyasında təhsil 5 illikdir). İndi o da yəqin ki, digər naxçıvanlı tələbə yoldaşları kimi Bakıya gəlib “Bolt” taksi şirkətində sürücü işləyəcək. Naxçıvan xanlığının uzaqgörən siyasəti nəticəsində Bakı taksilərinin intellektual səviyyəsi yüksəldilir. Bakı sakinləri taksidən istifadə edərkən həyatlarının və təhlükəsizliklərinin Polis Akademiyası kimi ciddi qurumların yetişdirdiyi asayış keşikçilərinə həvalə olunması ilə qürur duya bilərlər. Təbii ki, Vasif Talıbovun “atalıq qayğısı” sayəsində.
Minnətdarıq, Cənab “xan”".
Dia.az olaraq məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqelərini işıqlaqndırmağa hazırıq.//dia.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər