gundem / hadise / bolge
24.08.2022
Siyəzəndə saxlanılan Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Elvin İsmayılov və Nicat Hüseynov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 500 qram psixotrop maddə olan metamfetamin və 558,6 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.



